Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

COP29-da mötəbər qonaqları qarşılamağa hazır olmalıyıq - Günay Sağlam

© iStock.com / Ziga PlahutarHotel otağı, arxiv
Hotel otağı, arxiv - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Təşkilat nümayəndəsi bildirib ki, Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib.
BAKI, 27 yanvar - Sputnik. "Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. Çünki COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq". Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktor bildirib ki, COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir.
© Photo : social page of Gunay SaglamGünay Sağlam
Günay Sağlam - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Günay Sağlam
Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması nəzərdə tutulur.

“Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri görülməlidir. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır" - icraçı direktor bildirib.

Onun sözlərinə görə, bundan əlavə hotel sənayesinə dəstək planları hazırlanır:
"Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək” - G.Sağlam vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0