https://sputnik.az/20240127/azerbaycan-xn-randaki-sefirliye-hucumla-bagli-beyanat-yayib-462222323.html
Azərbaycan XİN İrandakı səfirliyə hücumla bağlı bəyanat yayıb
Azərbaycan XİN İrandakı səfirliyə hücumla bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
Tehrandakı səfirlikdə terror aktını törədən şəxsin məhkəməsinin ilk iclası 27 yanvar 2024-cü il tarixinə təyin edilib. 27.01.2024, Sputnik Azərbaycan
2024-01-27T09:13+0400
2024-01-27T09:13+0400
2024-01-27T09:13+0400
xin
azərbaycan xin
siyasət
iran
səfirlik
terror aktı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_0:20:1001:583_1920x0_80_0_0_86019f3e30b1625fe63bca172589c00b.jpg
BAKI, 27 yanvar - Sputnik. 27 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir.Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir.Terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış etmişlər.Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_98:0:901:602_1920x0_80_0_0_aa14c891cbf312dd14632372e628068a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, iran, səfirlik, terror aktı
xin, azərbaycan xin, iran, səfirlik, terror aktı
Azərbaycan XİN İrandakı səfirliyə hücumla bağlı bəyanat yayıb
Tehrandakı səfirlikdə terror aktını törədən şəxsin məhkəməsinin ilk iclası 27 yanvar 2024-cü il tarixinə təyin edilib.
BAKI, 27 yanvar - Sputnik. 27 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.
Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir.
Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir.
Terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış etmişlər.
Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.
Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik.