DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna əhalisi 2014-cü ildən bəri 2,5 dəfə azalıb

© AFP 2024 / SERGEI SUPINSKYKiyevin mərkəzində insanlar, arxiv şəkli
Kiyevin mərkəzində insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Azarov hesab edir ki, istənilən başqa millət Vladimir Zelenskini artıq "parçalayardı". Lakin ukraynalılar ölkədən qaçmağa üstünlük verirlər.
BAKI, 26 yanvar — Sputnik. Ukraynanın əhalisi 2014-cü illə müqayisədə 2,5 dəfə azalıb. Ölkə qısa müddətdə ilk dəfə belə göstəricilərə çatıb.
Bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.
"Ukraynada əhalinin sayı 2014-cü illə müqayisədə 2,5 dəfə azalıb. Bu, heç vaxt belə qısa müddətdə baş verməyib. Onların (Ukrayna hakimiyyətinin - red.) gündəmə gətirdiyi "qıtlıqların" heç biri bu günkü idarəetmənin nəticələri ilə heç müqayisə edilməz. Onlar bu illər ərzində ukraynalıları və sadə əhalini o qədər məsxərəyə qoyublar ki, mənim tüklərim biz-biz qalxıb" - Azarov "Facebook" sosial şəbəkəsində (Rusiya Federasiyasında ekstremist kimi qadağan olunub) yazıb.
Azarov hesab edir ki, istənilən başqa millət Vladimir Zelenskini artıq "parçalayardı". Lakin ukraynalılar ölkədən qaçmağa üstünlük verirlər.
Noyabrda Azarov Ukrayna əhalisinin son iki ayda 4 milyon nəfər azalaraq 19 milyon nəfərə düşdüyünü bildirmişdi.
2022-ci ilin dekabrında M.V. Ptuxa adına Ukrayna Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru. Ella Libanova bildirib ki, 2023-cü il doğum nisbətinin fəlakətli azalması ili olacaq. Daha sonra ölkədə rəsmi məlumatları birləşdirən "Opendatabot" analitik resursu Ukraynada doğum səviyyəsinin müstəqillik əldə etdikdən sonra ən aşağı səviyyəyə çatdığını bildirib.
Xəbər lenti
0