Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəm qazından ölən qardaşlar həyət evində kirayədə qalırlarmış

© Sputnik / Elvin Ahmaddəm qazı
dəm qazı - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Vəfat edən qardaşlar Tovuzun Ağbulaq kəndində torpağa tapşırılıblar. Ailədə onlardan başqa 2 bacı da var.
BAKI, 26 yanvar - Sputnik. Bakının Nərimanov rayonu ərazisində ADA-nın tələbəsi və qardaşının dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.
“Qafqazinfo”nun məlumatına görə, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov və 2002-ci il təvəllüdlü qardaşı Sərxan PY UA 38/10 ünvanındakı mənzildə kirayə yaşayırmış.
Belə ki, ikiotaqlı mənzilin bir otağında 23 yaşlı Əli yeni ailə qurduğu xanımla, digər otaqda isə Sərxan qalırmış. Hadisədən bir neçə gün əvvəl isə Əli Həsənov həyat yoldaşını atasıgilə aparıb. Bundan sonra – yanvarın 24-də yaxınları Əli və Sərxana zəng edərkən onların telefona cavab vermədiyini görərək narahat olublar. Qardaşların yaşadığı evə gələn qohumlarından biri pəncərəni qıraraq otağa daxil olub və gənclərin artıq vəfat etdiyi məlum olub.
İlkin məlumata əsasən, hadisə evi isitmək üçün nəzərdə tutulan qızdırıcı qaz sobasından baş verib.
Vəfat edən qardaşlar əslən Tovuzdan olublar, ailədə onlardan başqa 2 bacı da var. Onların nəşi dəfn edilmək üçün rayona aparılıb və qardaşlar bir az əvvəl Ağbulaq kəndində torpağa tapşırılıblar.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Əli Həsənov təxminən 3 ay əvvəl evlənibmiş. S.Həsənov isə Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olubmuş. IV kurs tələbəsi olan Sərxan Prezident təqaüdçüsü imiş.
***
ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb.
Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Əldə etdiyimiz məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.

Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.
Onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 692 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.
ADA universiteti öz sosial şəbəkə hesabında bu tələbə ilə bağlı paylaşım edib.
"Kədər hissi ilə bildiririk ki, tələbəmiz Sərxan Həsənovu itirdik. Prezident təqaüdçüsü, 2019-cu ilin buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəb məzunlarından biri və III qrup üzrə bakalavra qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Hüquq fakültəmizin son kurs tələbəsi idi. Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil etdi, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırdı. Sərxanın 2019-cu ildə “Tələbə kartı”nı əldə etdiyi gün dediyi bu sözləri daim xatırlayacağıq: “Hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə nail olduğum üçün qürurlanmaqla yanaşı, “ADA-lı” olmağın məsuliyyətini də indidən hiss edirəm.” Sərxanın xatirəsi ürəyimizdə yaşayacaq".
02.12.23, 20:49
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0