https://sputnik.az/20240126/bakinin-daha-bir-boyuk-qesebesinde-hepatit-a-virusu-yayildi---mektebde-yoluxanlar-var-462201119.html
Bakının daha bir böyük qəsəbəsində Hepatit A virusu yayıldı - Məktəbdə yoluxanlar var
Bakının daha bir böyük qəsəbəsində Hepatit A virusu yayıldı - Məktəbdə yoluxanlar var
Sputnik Azərbaycan
Xəzər rayon GEM-indən bildirdilər ki, Binə qəsəbəsində Hepatit A virusuna yoluxma ilə bağlı müraciətlər daxil olub. 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T16:10+0400
2024-01-26T16:10+0400
2024-01-26T16:38+0400
hepatit
səhiyyə
sarılıq xəstəliyi
epidemiya
"hepatit a" epidemiyası
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_0:155:1920:1235_1920x0_80_0_0_3c36703d134354e7310632f552c35add.jpg
BAKI, 26 yanvar — Sputnik. Paytaxtın Bülbülə, Əmircan qəsəbələrindən sonra Bakının daha bir qəsəbəsində - Binədə sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Binə qəsəbə sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, artıq Binə qəsəbəsində də Hepatit A virusuna yoluxma halları var. Hətta virusa yoluxmaya məktəblilər arasında da rast gəlinib. Bakının Qala qəsəbəsində də sarılıq xəstəliyinə yoluxmanın müşahidə olunduğu bildirilir. Qəsəbə sakinləri bildiriblər ki, bu şikayətlərlə təcili yardıma müraciət edənlər var. Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə əlaqə saxlayıb. Rayon GEM-indən Sputnik Azərbaycan-a bildirilib ki, Qala qəsəbəsində hələki Hepatit A xəstəliyi aşkarlanmayıb. Amma Xəzər rayon GEM-indən bildirilib ki, Binə qəsəbəsində Hepatit A virusuna yoluxma ilə bağlı müraciətlər daxil olub. Qurumun məlumatına görə, yoluxanlar arasında qəsəbədəki 117 saylı məktəbin şagirdləri də var. Buna görə yoluxma ocaqlarına, eləcə də məktəbə dezinfeksiya qrupu göndərilib. Binə qəsəbə 117 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Vasif Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, xəstəliyə yoluxub sağalan uşaqlar dərsə davam edirlər. O, məktəbdə neçə şagirdin bu virusa yoluxduğunu açıqlamağa səlahiyyətinin olmadığını bildirib. Binə qəsəbə bələdiyyəsindən bildirilib ki, hələ ki onlara rayon ərazisində su çənlərinin dezinfeksiyası barədə məlumat daxil olmayıb. Qeyd edək ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Bakıətrafı qəsəbələrdə Hepatit A virusuna yoluxmanın səngidiyini açıqlayıb. Məlumatda bildirilirdi ki, ötən ilin son aylarından başlayaraq Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə "hepatit A" diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: "Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, Hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir". Məlumatda həmçinin bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb: "Aparılan monitorinqlər nəticəsində "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir". Bu zaman belə bir sual yaranır: Sular dezinfeksiya edilirsə, bəs yoluxma arealı niyə genişlənir? Həkim-infeksionist İlhamə Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hepatit A virusunun yayılmasının əsas səbəbi suyun kanalizasiya suyu ilə çirklənməsidir. O bildirib ki, xəstəlik daha çox su xəttinə kanalizasiya xətti qoşulanda, kanalizasiyanın çirkli suyu su xəttinə keçdikdə yayılır. Həkim onu da qeyd edib ki, sarılıq nəcislə xaric olanda, həmin nəcislə kontaktda olan uşaq sarılıq xəstəliyinə yoluxur. Onun sözlərinə görə, xəstəliyin inkubasiya dövrü 1 həftə, 10 gün çəkir. Həmin dövrdə xəstə infeksiyanı başqalarına yoluxdura bilir. "Buna görə də məktəb və bağçalarda uşaqlar ayaqyolundan çıxdıqdan sonra gigiyenik qaydalara əməl edərək əllərini sabunla yumalıdırlar. Eyni zamanda, yetərincə qaynanmış sudan istifadə edilməlidir. Çünki çirklənmə sulardan daha tez keçir" - İlhamə Abbasova bildirib. İ.Abbasova onu da bildirib ki, məktəblərdə sanitar maarifləndirmə işi aparılmalıdır. Uşaqlar haradan gəldi qidalar alıb qəbul etməməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_217:0:1920:1277_1920x0_80_0_0_c6d5ad3fc8e25b92db757472a23af7e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hepatit, sarılıq xəstəliyi, epidemiya, "hepatit a" epidemiyası, "azərsu" asc
hepatit, sarılıq xəstəliyi, epidemiya, "hepatit a" epidemiyası, "azərsu" asc
Bakının daha bir böyük qəsəbəsində Hepatit A virusu yayıldı - Məktəbdə yoluxanlar var
16:10 26.01.2024 (Yenilənib: 16:38 26.01.2024) Xəzər rayon GEM-indən bildirdilər ki, Binə qəsəbəsində Hepatit A virusuna yoluxma ilə bağlı müraciətlər daxil olub.
BAKI, 26 yanvar — Sputnik. Paytaxtın Bülbülə, Əmircan qəsəbələrindən sonra Bakının daha bir qəsəbəsində - Binədə sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Binə qəsəbə sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, artıq Binə qəsəbəsində də Hepatit A virusuna yoluxma halları var. Hətta virusa yoluxmaya məktəblilər arasında da rast gəlinib.
Bakının Qala qəsəbəsində də sarılıq xəstəliyinə yoluxmanın müşahidə olunduğu bildirilir. Qəsəbə sakinləri bildiriblər ki, bu şikayətlərlə təcili yardıma müraciət edənlər var.
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə əlaqə saxlayıb. Rayon GEM-indən Sputnik Azərbaycan-a bildirilib ki, Qala qəsəbəsində hələki Hepatit A xəstəliyi aşkarlanmayıb. Amma Xəzər rayon GEM-indən bildirilib ki, Binə qəsəbəsində Hepatit A virusuna yoluxma ilə bağlı müraciətlər daxil olub. Qurumun məlumatına görə, yoluxanlar arasında qəsəbədəki 117 saylı məktəbin şagirdləri də var. Buna görə yoluxma ocaqlarına, eləcə də məktəbə dezinfeksiya qrupu göndərilib.
Binə qəsəbə 117 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Vasif Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, xəstəliyə yoluxub sağalan uşaqlar dərsə davam edirlər. O, məktəbdə neçə şagirdin bu virusa yoluxduğunu açıqlamağa səlahiyyətinin olmadığını bildirib.
Binə qəsəbə bələdiyyəsindən bildirilib ki, hələ ki onlara rayon ərazisində su çənlərinin dezinfeksiyası barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Bakıətrafı qəsəbələrdə Hepatit A virusuna yoluxmanın səngidiyini açıqlayıb. Məlumatda bildirilirdi ki, ötən ilin son aylarından başlayaraq Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə "hepatit A" diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: "Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, Hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir".
Məlumatda həmçinin bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb: "Aparılan monitorinqlər nəticəsində "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir".
Bu zaman belə bir sual yaranır: Sular dezinfeksiya edilirsə, bəs yoluxma arealı niyə genişlənir?
Həkim-infeksionist İlhamə Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hepatit A virusunun yayılmasının əsas səbəbi suyun kanalizasiya suyu ilə çirklənməsidir. O bildirib ki, xəstəlik daha çox su xəttinə kanalizasiya xətti qoşulanda, kanalizasiyanın çirkli suyu su xəttinə keçdikdə yayılır. Həkim onu da qeyd edib ki, sarılıq nəcislə xaric olanda, həmin nəcislə kontaktda olan uşaq sarılıq xəstəliyinə yoluxur. Onun sözlərinə görə, xəstəliyin inkubasiya dövrü 1 həftə, 10 gün çəkir. Həmin dövrdə xəstə infeksiyanı başqalarına yoluxdura bilir.
"Buna görə də məktəb və bağçalarda uşaqlar ayaqyolundan çıxdıqdan sonra gigiyenik qaydalara əməl edərək əllərini sabunla yumalıdırlar. Eyni zamanda, yetərincə qaynanmış sudan istifadə edilməlidir. Çünki çirklənmə sulardan daha tez keçir" - İlhamə Abbasova bildirib.
İ.Abbasova onu da bildirib ki, məktəblərdə sanitar maarifləndirmə işi aparılmalıdır. Uşaqlar haradan gəldi qidalar alıb qəbul etməməlidirlər.