SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla sülh sazişi imzalananda bölgədə sülh əldə ediləcək - Paşinyan

© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
İrakli Qaribaşvili isə deyib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxır.
BAKI, 26 yanvar - Sputnik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına gətirib çıxaracaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Qaribaşvili ilə danışıqlarının yekunlarına dair brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalananda bölgədə sülh əldə ediləcək.
Paşinyan sülh müqaviləsi üzərində işlərin hələ də davam etdiyini diqqətə çatdırıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə öz növbəsində deyib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə hazırdır.
"Biz hər zaman bütün region ölkələrinin və xalqlarının xeyrinə olacaq davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olmuşuq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxırıq. Ümid edirəm ki, ölkələr tezliklə sülh sazişi imzalayacaqlar. Bu razılaşma, şübhəsiz ki, regionda sülhü möhkəmləndirəcək” - İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedib.
O, gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin strateji səviyyəsi və regionda baş verən proseslər müzakirə olunub.
Xəbər lenti
0