https://sputnik.az/20240126/azerbaycanda-en-cox-bahalasan-ve-ucuzlasan-erzaqlar---cedvel-462193143.html
Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan ərzaqlar - CƏDVƏL
Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan ərzaqlar - CƏDVƏL
Sputnik Azərbaycan
Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T11:00+0400
2024-01-26T11:00+0400
2024-01-26T11:00+0400
ərzaq
iqtisadiyyat
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
inflyasiya
mərkəzi bank
azərbaycan mərkəzi bankı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461273873_0:272:3155:2047_1920x0_80_0_0_85956d3513532819a7382372ade67fc5.jpg
BAKI, 26 yanvar — Sputnik. Keçən il Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 2022-ci illə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 9,6 faiz qalxıb. Təkcə keçən ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 1 faiz bahalaşıb. Ən çox hansı məhsullar bahalaşıb? 2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, keçən ay aylıq müayisədə tərəvəzlər 5,7 faiz bahalaşıb. Məsələn, xiyarın orta qiyməti 1,45 manatdan 2,36 manata, pomidorun orta qiyməti 2,23 manatdan 2,39 manata, sarımsağın orta qiyməti 4,06 manatdan 4,47 manata yüksəlib. İkinci ən çox bahalaşma meyvələrdə müşahidə edilib. Belə ki, ötən ay meyvələrin qiyməti aylıq müqayisədə 3,4 faiz yüksəlib. Məsələn, armudun orta qiyməti 3,73 manatdan 3,94 manata, naringinin orta qiyməti 2,10 manatdan 2,27 manata qalxıb. Üçüncü ən çox bahalaşma yumurtada (2,7 faiz artım) qeydə alınıb. Belə ki, ötən ay toyuq yumurtasının 10 ədədinin orta qiyməti 1,99 manatdan 2,04 manata yüksəlib. Bundan başqa, keçən ay balıq və balıq məhsulları 1 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz, süd və süd məhsulları 0,1 faiz bahalaşıb. Bəzi məhsullar isə ucuzlaşıb Qeyd edək ki, dekabr ayında bahalaşma ilə yanaşı, bəzi məhsulların qiyməti ucuzlaşıb. Ən çox ucuzlaşma aylıq müqayisədə ət və ət məhsullarında, kərə və bitki yağlarında müşahidə edilib. Belə ki, ötən ay bu məhsulların qiyməti 0,5 faiz aşağı düşüb. Bundan başqa, keçən ay çörək, çörək məmulatları və yarmalar 0,4 faiz, çay, qəhvə, kakao 0,1 faiz ucuzlaşıb. Tütün məmulatları və spirtli içkilərin qiymətləri isə dəyişməyib. Azərbaycanda ərzaq inflyasiyası azalır Qeyd edək ki, ölkəmizdə ərzaq inflyasiyası azalmaqda davam edir. 2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, ölkədə ərzaq inflyasiyası aşağı düşməkdədir. Ekspertlərin fikrincə, növbəti aylarda inflyasiyanın bir qədər də aşağı düşəcəyi gözlənilir. Mərkəzi Bank nə deyir? Azərbaycan Mərkəzi Bankının məlumatına görə, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: "Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib". İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə illik inflyasiyanın 5-5,5 faiz civarında olacağını gözləyir: "İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək. Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək". Mərkəzi Bankın məlumatına görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarında inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır. Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461273873_268:0:2997:2047_1920x0_80_0_0_999568a146eb24f111f5166d3cce496a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, инфографика, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, inflyasiya, mərkəzi bank, azərbaycan mərkəzi bankı
ərzaq, инфографика, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, inflyasiya, mərkəzi bank, azərbaycan mərkəzi bankı
Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan ərzaqlar - CƏDVƏL
Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb.
BAKI, 26 yanvar — Sputnik. Keçən il Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 2022-ci illə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 9,6 faiz qalxıb. Təkcə keçən ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 1 faiz bahalaşıb.
Ən çox hansı məhsullar bahalaşıb?
2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, keçən ay aylıq müayisədə tərəvəzlər 5,7 faiz bahalaşıb. Məsələn, xiyarın orta qiyməti 1,45 manatdan 2,36 manata, pomidorun orta qiyməti 2,23 manatdan 2,39 manata, sarımsağın orta qiyməti 4,06 manatdan 4,47 manata yüksəlib.
İkinci ən çox bahalaşma meyvələrdə müşahidə edilib. Belə ki, ötən ay meyvələrin qiyməti aylıq müqayisədə 3,4 faiz yüksəlib. Məsələn, armudun orta qiyməti 3,73 manatdan 3,94 manata, naringinin orta qiyməti 2,10 manatdan 2,27 manata qalxıb.
Üçüncü ən çox bahalaşma yumurtada (2,7 faiz artım) qeydə alınıb. Belə ki, ötən ay toyuq yumurtasının 10 ədədinin orta qiyməti 1,99 manatdan 2,04 manata yüksəlib.
Bundan başqa, keçən ay balıq və balıq məhsulları 1 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz, süd və süd məhsulları 0,1 faiz bahalaşıb.
Bəzi məhsullar isə ucuzlaşıb
Qeyd edək ki, dekabr ayında bahalaşma ilə yanaşı, bəzi məhsulların qiyməti ucuzlaşıb. Ən çox ucuzlaşma aylıq müqayisədə ət və ət məhsullarında, kərə və bitki yağlarında müşahidə edilib. Belə ki, ötən ay bu məhsulların qiyməti 0,5 faiz aşağı düşüb.
Bundan başqa, keçən ay çörək, çörək məmulatları və yarmalar 0,4 faiz, çay, qəhvə, kakao 0,1 faiz ucuzlaşıb. Tütün məmulatları və spirtli içkilərin qiymətləri isə dəyişməyib.
Azərbaycanda ərzaq inflyasiyası azalır
Qeyd edək ki, ölkəmizdə ərzaq inflyasiyası azalmaqda davam edir. 2022-ci ildə Azərbaycanda orta illik ərzaq inflyasiyası 19,5 faiz olubsa, keçən il bu rəqəm 9,6 faiz təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, ölkədə ərzaq inflyasiyası aşağı düşməkdədir.
Ekspertlərin fikrincə, növbəti aylarda inflyasiyanın bir qədər də aşağı düşəcəyi gözlənilir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: "Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib".
İnflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılır
Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə illik inflyasiyanın 5-5,5 faiz civarında olacağını gözləyir: "İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək. Mərkəzi Bank 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək".
Mərkəzi Bankın məlumatına görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarında inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır.