https://sputnik.az/20240126/azerbaycan-ve-avropa-qurumlari-arasinda-gerginliyin-ilginc-sebebleri-var-462213803.html
Azərbaycan və Avropa qurumları arasında gərginliyin ilginc səbəbləri var
Azərbaycan və Avropa qurumları arasında gərginliyin ilginc səbəbləri var
Sputnik Azərbaycan
Millət vəkilinin sözlərinə görə, Azərbaycan daim günahkar olan ölkə statusunda saxlanılmaq təşəbbüslərini qəbul edə bilməz. 26.01.2024, Sputnik Azərbaycan
2024-01-26T16:55+0400
2024-01-26T16:55+0400
2024-01-26T18:41+0400
azərbaycan
siyasət
aşpa
millət vəkili aydın mirzəzadə
milli məclisin deputatı aydın mirzəzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_0:160:3072:1888_1920x0_80_0_0_b66a80fb239ff638a0d9ccf437710cdc.jpg
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın yerli mediası yazır ki, hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər. Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin dayandırılacağı təqdirdə nələr baş verəcəyi sual doğurur. Kəskinləşən münasibətlər fonunda gələn açıqlamalar hələlik tərəflərin tutduqları mövqelərdən geri çəkilmək niyyətində olmadığını göstərir. Sputnik Azərbaycan son baş verənlərlə bağlı millət vəkili Aydın Mirzəzadənin və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoyun fikirlərini öyrənib. Millət vəkili Aydın Mirzəzadə deyir ki, AŞPA-da Azərbaycan əleyhinə səsverməyə qatılmayan ölkələr, bununla ölkəmizi dəstəklədiklərini ifadə etdilər:"Müəyyən ölkələr bu gün Avropa Şurasından müstəqil ölkələri təsir altına almaq üçün alət kimi istifadə etməyə cəhd edirlər. Demokratiya, insan hüquqları mövzusunu bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar". Millət vəkilinin sözlərinə görə, Azərbaycan daim günahkar olan ölkə statusunda saxlanılmaq təşəbbüslərini qəbul edə bilməz: "Biz heç bir öhdəliyimiz olmadan insan hüquqları və demokratiyanı cəmiyyətimizə gətirmişik. Bu hər zaman Azərbaycanın əsas dövlətçilik prinsipləri olacaq. Biz Avropa strukturlarının hansındasa iştirakdan imtina edə bilərik. Bu, bizim dövlətçiliyimizə problem yaratmaq gücündə deyil. Azərbaycan özünə hörmət etdirməyi bilən suveren ölkədir. Avropa Şurası Fransanın, Almaniyanın təsiri altında Azərbaycana təzyiq aləti kimi fəaliyyət göstərmək istəyirsə, bunun Azərbaycan tərəfindən cavabı çox kəskin olacaq". Deputat qeyd edib ki, AŞPA-nın seçkiləri niyə müşahidə etməməsi ilə bağlı suala Mərkəzi Seçki Komissiyası daha doğru cavab verə bilər:"Məgər seçkinin nə cür keçməsi kiminsə onu müşahidə etməsi ilə qiymətləndirilir? Yaxud da, Azərbaycana dəvət edilən çoxsaylı beynəlxalq müşahidəçilər müşahidəni təmin edə bilməyəcəklər? Müşahidəçi dəvət edilmədiyinə görə Azərbaycandan küsmək və bunu Azərbaycanın səlahiyyətləri ilə əlaqələndirmək nə normal məntiqə, nə də normal münasibətlər anlayışına düz gəlir. Kimi öz seçkisinə müşahidəçi kimi dəvət edib-etməmək Azərbaycanın biləcəyi məsələdir". Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy isə hesab edir ki, Avropa Şurası ilə bağlı yayılan informasiya həm də qarşı tərəfi narahat etmək məqsədi daşıyır:"Yəni, bizim üzərimizə çox gəlməyin. Əslində bu məsələ yeni deyil. Daha əvvəl də AŞPA və Azərbaycan arasında belə məqamlar baş vermişdi. Sonradan qarşılıqlı səfərlərlə münasibətlər yumşaldı. İndi də Avropa Şurasından çıxmaqla bağlı informasiyalar yayılır, ancaq rəsmi açıqlama yoxdur. Bunun gerçəkləşməsini Azərbaycan və Avropa Şurası üçün neqativ qiymətləndirirəm. Bu itir-itir oyunudur. Bu təşkilatdan çıxmaq qazandığımız və qazana biləcəyimiz şeylərin ortadan qalxması, eləcə də Avropa qurumlarının Cənubi Qafqazda ciddi nüfuz itkisi deməkdir". Ekspertin sözlərinə görə, baş verənlər bir prosesin parçasıdır. Avropanın müxtəlif qurumlarının Azərbaycana yönəlmiş etirazları, tələbləri əvvəl də var idi. Zaman-zaman Avropa təşkilatları Azərbaycandakı siyasi sistem, ictimai idarəetmə, seçki ilə bağlı tənqidi yanaşma göstəriblər, ona görə də indi baş verənlər yeni bir şey deyil. Ancaq bugünkü böhrana gətirib çıxaran katalizatorlardan biri Azərbaycanın antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü təmin etməsidir. Bu, Avropada Fransanın liderlik elədiyi siyasi qüvvələr tərəfindən həzm edilə bilmir."Bundan Azərbaycana qarşı aktiv şəkildə istifadə etməyə çalışırlar. İkinci məqam Azərbaycanda siyasi arenada, mediada baş verən neqativ proseslərdir. Son dövrlər müəyyən həbslərin keçirilməsi Avropa tərəfindən siyasi dustaqlıq kimi qiymətləndirilir. Üçüncü məqam isə növbədənkənar prezident seçkiləridir. Seçkilərin xarici legitimliyi önəmli məsələdir. Azərbaycan Avropa qurumları ilə əməkdaşlıq etdiyi üçün onların mövqeyi beynəlxalq legitimliyi saxlamaq baxımından əhəmiyyətlidir" - ekspert əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_171:0:2902:2048_1920x0_80_0_0_0492c232019f2cfe7ad5393828ba01d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, aşpa, millət vəkili aydın mirzəzadə, milli məclisin deputatı aydın mirzəzadə
azərbaycan, aşpa, millət vəkili aydın mirzəzadə, milli məclisin deputatı aydın mirzəzadə
Azərbaycan və Avropa qurumları arasında gərginliyin ilginc səbəbləri var
16:55 26.01.2024 (Yenilənib: 18:41 26.01.2024) Millət vəkilinin sözlərinə görə, Azərbaycan daim günahkar olan ölkə statusunda saxlanılmaq təşəbbüslərini qəbul edə bilməz.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın yerli mediası yazır ki, hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.
Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinin dayandırılacağı təqdirdə nələr baş verəcəyi sual doğurur. Kəskinləşən münasibətlər fonunda gələn açıqlamalar hələlik tərəflərin tutduqları mövqelərdən geri çəkilmək niyyətində olmadığını göstərir.
Sputnik Azərbaycan son baş verənlərlə bağlı millət vəkili Aydın Mirzəzadənin və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə deyir ki, AŞPA-da Azərbaycan əleyhinə səsverməyə qatılmayan ölkələr, bununla ölkəmizi dəstəklədiklərini ifadə etdilər:
"Müəyyən ölkələr bu gün Avropa Şurasından müstəqil ölkələri təsir altına almaq üçün alət kimi istifadə etməyə cəhd edirlər. Demokratiya, insan hüquqları mövzusunu bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan daim günahkar olan ölkə statusunda saxlanılmaq təşəbbüslərini qəbul edə bilməz:
"Biz heç bir öhdəliyimiz olmadan insan hüquqları və demokratiyanı cəmiyyətimizə gətirmişik. Bu hər zaman Azərbaycanın əsas dövlətçilik prinsipləri olacaq. Biz Avropa strukturlarının hansındasa iştirakdan imtina edə bilərik. Bu, bizim dövlətçiliyimizə problem yaratmaq gücündə deyil. Azərbaycan özünə hörmət etdirməyi bilən suveren ölkədir. Avropa Şurası Fransanın, Almaniyanın təsiri altında Azərbaycana təzyiq aləti kimi fəaliyyət göstərmək istəyirsə, bunun Azərbaycan tərəfindən cavabı çox kəskin olacaq".
Deputat qeyd edib ki, AŞPA-nın seçkiləri niyə müşahidə etməməsi ilə bağlı suala Mərkəzi Seçki Komissiyası daha doğru cavab verə bilər:
"Məgər seçkinin nə cür keçməsi kiminsə onu müşahidə etməsi ilə qiymətləndirilir? Yaxud da, Azərbaycana dəvət edilən çoxsaylı beynəlxalq müşahidəçilər müşahidəni təmin edə bilməyəcəklər? Müşahidəçi dəvət edilmədiyinə görə Azərbaycandan küsmək və bunu Azərbaycanın səlahiyyətləri ilə əlaqələndirmək nə normal məntiqə, nə də normal münasibətlər anlayışına düz gəlir. Kimi öz seçkisinə müşahidəçi kimi dəvət edib-etməmək Azərbaycanın biləcəyi məsələdir".
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy isə hesab edir ki, Avropa Şurası ilə bağlı yayılan informasiya həm də qarşı tərəfi narahat etmək məqsədi daşıyır:
"Yəni, bizim üzərimizə çox gəlməyin. Əslində bu məsələ yeni deyil. Daha əvvəl də AŞPA və Azərbaycan arasında belə məqamlar baş vermişdi. Sonradan qarşılıqlı səfərlərlə münasibətlər yumşaldı. İndi də Avropa Şurasından çıxmaqla bağlı informasiyalar yayılır, ancaq rəsmi açıqlama yoxdur. Bunun gerçəkləşməsini Azərbaycan və Avropa Şurası üçün neqativ qiymətləndirirəm. Bu itir-itir oyunudur. Bu təşkilatdan çıxmaq qazandığımız və qazana biləcəyimiz şeylərin ortadan qalxması, eləcə də Avropa qurumlarının Cənubi Qafqazda ciddi nüfuz itkisi deməkdir".
Ekspertin sözlərinə görə, baş verənlər bir prosesin parçasıdır. Avropanın müxtəlif qurumlarının Azərbaycana yönəlmiş etirazları, tələbləri əvvəl də var idi. Zaman-zaman Avropa təşkilatları Azərbaycandakı siyasi sistem, ictimai idarəetmə, seçki ilə bağlı tənqidi yanaşma göstəriblər, ona görə də indi baş verənlər yeni bir şey deyil. Ancaq bugünkü böhrana gətirib çıxaran katalizatorlardan biri Azərbaycanın antiterror tədbirlərindən sonra ərazi bütövlüyünü təmin etməsidir. Bu, Avropada Fransanın liderlik elədiyi siyasi qüvvələr tərəfindən həzm edilə bilmir.
"Bundan Azərbaycana qarşı aktiv şəkildə istifadə etməyə çalışırlar. İkinci məqam Azərbaycanda siyasi arenada, mediada baş verən neqativ proseslərdir. Son dövrlər müəyyən həbslərin keçirilməsi Avropa tərəfindən siyasi dustaqlıq kimi qiymətləndirilir. Üçüncü məqam isə növbədənkənar prezident seçkiləridir. Seçkilərin xarici legitimliyi önəmli məsələdir. Azərbaycan Avropa qurumları ilə əməkdaşlıq etdiyi üçün onların mövqeyi beynəlxalq legitimliyi saxlamaq baxımından əhəmiyyətlidir" - ekspert əlavə edib.