DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Maliyyə Nazirliyi ölkənin xarici borcunun "qorxulu" həddə olduğunu deyib

© Sputnik / Aleksey Agaryishev / Mediabanka keçidABŞ Maliyyə Nazirliyinin binası
ABŞ Maliyyə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 26.01.2024
Abunə olmaq
Canet Yellen deyib ki, əgər ABŞ-ın əhali sayına görə adam başına düşən borcunu yenidən hesablasalar, hər bir vətəndaşın 100 min dollar borcu var.
BAKI, 26 yanvar — Sputnik. ABŞ-ın xarici borcu 34 trilyon dolları keçib. Ölkənin maliyyə naziri Canet Yellen bu faktı şərh edib.
Onun sözlərinə görə, bu rəqəm qorxuludur. Eyni zamanda, Amerika iqtisadiyyatı o qədər böyükdür ki, xarici borc "tamamilə idarə edilə bilər".
"əgər ABŞ-ın əhali sayına görə adam başına düşən borcunu yenidən hesablasalar, hər bir vətəndaşın 100 min dollar borcu var. Belə böyük dövlət borcunun öhdəsindən gəlmək üçün administrasiya büdcə gəlirlərinin təxminən üçdə birini xərcləməlidir" - Yellen deyib.
Amerikanın xarici borclanmasının hansı nəticələrə gətirib çıxara biləcəyi daha əvvəl bildirilmişdi. İqtisadçıların fikrincə, ABŞ-ın dövlət borcunun artması defolta səbəb olacaq və biznes üçün ciddi problemlər yaradacaq.
Xəbər lenti
0