https://sputnik.az/20240125/poct-tarifleri-artirilacaq-resmi-aciqlama-462186057.html
Poçt tarifləri artırılacaq? Rəsmi açıqlama
Poçt tarifləri artırılacaq? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Mustafayev bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək. 25.01.2024, Sputnik Azərbaycan
2024-01-25T14:55+0400
2024-01-25T14:55+0400
2024-01-25T15:16+0400
cəmiyyət
tarif
"azərpoçt" mmc
poçt şöbəsi
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461425829_0:160:3072:1888_1920x0_80_0_0_4b2d8db7bc681d9cd3dbac270b1ddbf8.jpg
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib. "Xərclərimizin 60%-ni işçilərin əməkhaqqı təşkil edir. Minimum əməkhaqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil" - deyə o qeyd edib. İsi Mustafayev onu da qeyd edib ki, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemlərində ləngimənin olmasının səbəbi onun köhnə olması ilə bağlıdır. O bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək. Həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir. İ.Mustafayev əlavə edib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461425829_171:0:2902:2048_1920x0_80_0_0_5ef14b1c7df53aec3b94918c68b08970.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarif, "azərpoçt" mmc, poçt şöbəsi, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
tarif, "azərpoçt" mmc, poçt şöbəsi, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Poçt tarifləri artırılacaq? Rəsmi açıqlama
14:55 25.01.2024 (Yenilənib: 15:16 25.01.2024) Mustafayev bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.
"Xərclərimizin 60%-ni işçilərin əməkhaqqı təşkil edir. Minimum əməkhaqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil" - deyə o qeyd edib.
İsi Mustafayev onu da qeyd edib ki, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemlərində ləngimənin olmasının səbəbi onun köhnə olması ilə bağlıdır.
O bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək.
Həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.
İ.Mustafayev əlavə edib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.