https://sputnik.az/20240125/mehemmed-fuzulinin-530-illiyi-qeyd-edilecek---serencam-462196963.html
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Sputnik Azərbaycan
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək. 25.01.2024, Sputnik Azərbaycan
2024-01-25T18:23+0400
2024-01-25T18:23+0400
2024-01-25T18:54+0400
mədəniyyət
füzuli
məhəmməd füzuli
sərəncam
prezident ilham əliyevin sərəncamı
sərəncam
sərəncam
yubiley
https://cdnn1.img.sputnik.az/img/40888/00/408880054_38:0:1000:541_1920x0_80_0_0_1de4de3b2dd88c5c9cff08ec9727c2d9.jpg
BAKI, 25 yanvar - Sputnik. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.Azərbaycanın məşhur Bayat tayfasından olduğu söylənilən Məhəmməd Füzuli (1494 - 1556) divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır. Deyilənlərə görə, Məhəmmədin atası Süleyman kişi İraqa Azərbaycanın Ərəş mahalından köçüb gəlib. Kərbəlada doğulan Məhəmməd orada da vəfat edib.Füzuli oxumuş adam idi, kamil təhsil görmüşdü. Orta əsr elmlərindən olan tibb, məntiq, riyaziyyat, nüçum və bir sıra humanitar elmlərlə, dini-fəlsəfi cərəyanlarla tanış idi. Klassik türk, fars, ərəb, hind ədəbiyyatını öyrənmişdi. Buna görə də tədqiqatçılar belə hesab edirlər ki, Süleyman kişi oğlunu oxutdura biləcək qədər varlı adam olub.Füzuli Şah İsmayıl Xətaiyə, Şah Təhmasibə və onun sərkərdələrinə əsərlər ithaf edib, onların şəninə qəsidələr yazıb, amma heç vaxt saraya meyl göstərməyib. Bir neçə qəsidəsini Sultan Süleymana təqdim edən Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri ilə görüşüb. Deyilənə görə, özünün ən məşhur əsəri olan “Leyli və Məcnun” poemasını onların xahişi ilə yazıb.Füzuli əsərlərini üç dildə - Türk (Azərbaycan), ərəb və fars dillərində qələmə almışdı. Həmin dillərdə divanlar tərtib etmiş, qəsidələrini kitab şəklinə salmışdı. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı.Leyli və Məcnun əfsanəsinə istinadla çox əsərlər yazılıb. Yazılı ədəbiyyata ilk dəfə Nizami Gəncəvi tərəfindən gətirilən “Leyli və Məcnun” mövzusuna Füzuliyə qədər bir çox türk, fars, tacik, ərəb, hind şairləri müraciət etsələr də, Füzulinin “Leyli və Məcnun”u onların hamısını üstələyib zirvəyə qalxdı. Beş yüz ilə yaxındır ki, həmin zirvədə qərar tutub. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli həmin poema əsasında Şərq aləmində ilk poema yazıb və bu opera da poema kimi böyük şöhrət qazanıb. Bəstəkar Cahangir Cahangirovun “Məni candan usandırdı” qəzəlinə yazdığı “Füzuli kantatası” da Azərbaycan musiqisinin inciləri sırasındadır.Füzulinin ən məşhur əsərləri bunlardır: “Şikayətnamə”, “Səhhət və mərəz”, “Rindü zahid”. Ən məşhur qəzəllərinin sırasında isə “Məni candan usandırdı”, “Söz”, “Can vermə qəmi-eşqə...”, “Ey həkim”, “Heyrət ey büt” və digər onlarla qəzəlin adını çəkmək olar.Füzulinin əsərləri Azərbaycanda beş cilddə nəşr edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40888/00/408880054_279:0:1000:541_1920x0_80_0_0_8974dc938b1100f55088bd5afc98f782.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli, məhəmməd füzuli, sərəncam, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, yubiley
füzuli, məhəmməd füzuli, sərəncam, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, yubiley
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək - SƏRƏNCAM
18:23 25.01.2024 (Yenilənib: 18:54 25.01.2024) Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
BAKI, 25 yanvar - Sputnik. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Azərbaycanın məşhur Bayat tayfasından olduğu söylənilən Məhəmməd Füzuli (1494 - 1556) divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır. Deyilənlərə görə, Məhəmmədin atası Süleyman kişi İraqa Azərbaycanın Ərəş mahalından köçüb gəlib. Kərbəlada doğulan Məhəmməd orada da vəfat edib.
Füzuli oxumuş adam idi, kamil təhsil görmüşdü. Orta əsr elmlərindən olan tibb, məntiq, riyaziyyat, nüçum və bir sıra humanitar elmlərlə, dini-fəlsəfi cərəyanlarla tanış idi. Klassik türk, fars, ərəb, hind ədəbiyyatını öyrənmişdi. Buna görə də tədqiqatçılar belə hesab edirlər ki, Süleyman kişi oğlunu oxutdura biləcək qədər varlı adam olub.
Füzuli Şah İsmayıl Xətaiyə, Şah Təhmasibə və onun sərkərdələrinə əsərlər ithaf edib, onların şəninə qəsidələr yazıb, amma heç vaxt saraya meyl göstərməyib. Bir neçə qəsidəsini Sultan Süleymana təqdim edən Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri ilə görüşüb. Deyilənə görə, özünün ən məşhur əsəri olan “Leyli və Məcnun” poemasını onların xahişi ilə yazıb.
Füzuli əsərlərini üç dildə - Türk (Azərbaycan), ərəb və fars dillərində qələmə almışdı. Həmin dillərdə divanlar tərtib etmiş, qəsidələrini kitab şəklinə salmışdı. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı.
Leyli və Məcnun əfsanəsinə istinadla çox əsərlər yazılıb. Yazılı ədəbiyyata ilk dəfə Nizami Gəncəvi tərəfindən gətirilən “Leyli və Məcnun” mövzusuna Füzuliyə qədər bir çox türk, fars, tacik, ərəb, hind şairləri müraciət etsələr də, Füzulinin “Leyli və Məcnun”u onların hamısını üstələyib zirvəyə qalxdı. Beş yüz ilə yaxındır ki, həmin zirvədə qərar tutub. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli həmin poema əsasında Şərq aləmində ilk poema yazıb və bu opera da poema kimi böyük şöhrət qazanıb. Bəstəkar Cahangir Cahangirovun “Məni candan usandırdı” qəzəlinə yazdığı “Füzuli kantatası” da Azərbaycan musiqisinin inciləri sırasındadır.
Füzulinin ən məşhur əsərləri bunlardır: “Şikayətnamə”, “Səhhət və mərəz”, “Rindü zahid”. Ən məşhur qəzəllərinin sırasında isə “Məni candan usandırdı”, “Söz”, “Can vermə qəmi-eşqə...”, “Ey həkim”, “Heyrət ey büt” və digər onlarla qəzəlin adını çəkmək olar.
Füzulinin əsərləri Azərbaycanda beş cilddə nəşr edilib.