DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Delimitasiyadan sonra Ermənistanın suveren ərazisi haqqında məlumat olacaq - Tovmasyan

© AP Photo / Raad AdaylehDövlət sərhədi
Dövlət sərhədi - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Tovmasyana Nikol Paşinyanın Ermənistanın "kadastr şəhadətnaməsi"nin olmaması barədə sözləri xatırladılıb.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra Ermənistan öz suveren ərazisi haqqında məlumat əldə edəcək.
Bunu Ermənistanın kadastr komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərə bildirib.
Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi delimitasiya və demarkasiya komissiyasının işində Tovmasyanın iki müavini iştirak edir.
Tovmasyana Nikol Paşinyanın Ermənistanın "kadastr şəhadətnaməsi"nin olmaması barədə sözləri xatırladılıb. Komitə rəhbərinin sözlərinə görə, baş nazirin bəyanatı sərhədlərin delimitasiya edilməməsi ilə bağlı idi. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesində hansı xəritələrdən istifadə olunacağını söyləmək mümkün olacaq.
Ötən ilin yazında Paşinyan Ermənistan Milli Assambleyasında bəyan etmişdi ki, Ermənistan xalqı 30 ildir ki, "kadastr şəhadətnaməsi" olmayan ərazidə yaşayır.
Xəbər lenti
0