Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Bu il Cəbrayıl şəhərinə 2158 keçmiş məcburi köçkün qayıdacaq

Abunə olmaq
Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq.
BAKI, 25 yanvar — Sputnik. Bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur: "Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq".
Xəbər lenti
0