Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AŞPA ilə əməkdaşlığı dayandırmaq adekvat cavabdır - Tural Gəncəliyev

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü deyir ki, Azərbaycan nümayəndə heyətinin mandatı ilə bağlı məsələlərin son sessiyada gündəmə gətirilməsi bu zəncirvari prosesin davamı idi.
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
AŞPA-nın bu qərarının hansı siyasi nəticələrə səbəb olacağı ilə bağlı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Sputnik Azərbaycan-a danışıb.
Tural Gəncəliyev deyib ki, bu təşəbbüs AŞPA-nın Azərbaycan-a qarşı son zamanlar apardığı qarayaxma kampaniyası və özünü diskreditə etmək prosesində ən pik nöqtədir: "Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimiz üzərində suverenliyimizin tam bərpa edilməsi bunu həzm edə bilməyən qüvvələrin iç üzünü, riyakar münasibətini ortaya qoymuş oldu. AŞPA çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı aparılan kampaniyanın AŞPA-nın bir qrup güc dairələrinin əlində manipulyasiya aləti kimi istifadə edildiyini təsdiqlədi".
Millət vəkili bildirib ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransaya yaxın güc dairələri, müttəfiqlər Avropa Parlamentində olduğu kimi AŞPA-da da siyasi alət kimi istifadə edildilər:
"Azərbaycan nümayəndə heyətinin mandatı ilə bağlı məsələlərin son sessiyada gündəmə gətirilməsi bu zəncirvari prosesin davamı idi. Azərbaycanın suverenliyi, daxili işlərinə qarşı fəaliyyət aparan, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edə bilməyən qüvvələrin AŞPA çərçivəsində apardığı fəaliyyətə biz sakit qala bilməzdik. Həm AŞPA-da, həm də digər Avropa institutlarında ölkəmizə qarşı mövcud olan riyakar ikiüzlü siyasətlərini gizlədirdilər, açıq büruzə vermirdilər. Onlar erməni işğalçılığının de-fakto təsdiqlənməsi istiqamətində fəaliyyət aparırdılar. Ancaq bu təşkilatların iç üzü məhz 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirlərindən sonra özünü büruzə verdi".
Tural Gəncəliyev qeyd edir ki, AŞPA və digər Avropa təşkilatları Azərbaycana təşəkkür etməlidirlər, çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib: "Avropa institutlarının manipulyasiya aləti kimi istifadə edilməsi özünün ən yüksək zirvəsinə çatıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin də Azərbaycana qarşı qəbuledilməz son bəyanatına da nəzər saldıqda yeni reallıqların bu qüvvələr tərəfindən qəbul edilə bilməməsini görərik. Azərbaycan bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Bu gün təəssüf ki, 30 il ərzində öz evindən qovulmuş, zorakılığa məruz qalmış, əsas insan hüquqları pozulmuş insanlarımızın hüquqları AŞPA-da və onun müvafiq komitələrində heç bir söz danışılmır.
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin hesabatında Qərbi Azərbaycan icması, Xocalı soyqırımının şahidləri ilə keçirdiyi görüşlər barədə bir cümlə, bir söz belə yoxdur. Budur mu AŞPA-nın ədaləti? Budurmu Avropa qurumlarının demokratik ənənələri? Belə bir təşkilatda təmsil olunmaq, ədalətsiz münasibətə sakit qalmaq mümkün deyildi".
Millət vəkili vurğulayıb ki, AŞPA və digər Avropa institutları bu gün təəssüf ki, islamafobiya, ksenofobiya, Azərbaycanafobiya tendensiyaları içində boğulub batır: "Bu baxımdan, nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırmaq qərarı çox önəmli, tutarlı və adekvat bir cavabdır. Bundan sonra da Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq istəyən təşkilatlar, siyasətçilər anlamalıdırlar ki, Azərbaycanla hədə-qorxu, güc dilində danışmaq heç bir nəticə verməyəcək. Azərbaycan milli maraqlarından və qırmızı xəttindən bir addım da geri çəkilməyəcək".
Xəbər lenti
0