https://sputnik.az/20240125/a-olkeleri-abs-in-komeyi-olmadan-rusiyaya-qarsi-muqavimet-gostere-bilmeyecek---kv-462192562.html
Aİ ölkələri ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək - KİV
Aİ ölkələri ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək - KİV
Sputnik Azərbaycan
Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və... 25.01.2024, Sputnik Azərbaycan
2024-01-25T17:47+0400
2024-01-25T17:47+0400
2024-01-25T18:12+0400
rusiya
dünya xəbərləri
ai
ai
abş
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333758_0:238:2797:1811_1920x0_80_0_0_151ba56cbdb83061a733f06577407f3f.jpg
BAKI, 25 yanvar — Sputnik. Avropa ölkələri həssas vəziyyətdədirlər və ABŞ-ın köməyi olmadan onlar Rusiyaya qarşı müqavimət göstərmək iqtidarında deyillər. Bu barədə Rusiya mediası "Politico" qəzetinə istinadən xəbər verib. "ABŞ olmadan Avropa İttifaqının (Aİ) Moskva ilə yüksək intensivlikli münaqişədə üzləşmək üçün nə hərbi texnikası, nə də canlı qüvvəsi var" - məqalənin müəllifi qeyd edib. Qeyd olunur ki, Avropa qoşunlarının müqavilə üzrə fəaliyyət göstərənlərdən asılı olması onların qoşun toplamasında çətinlik yaradır. Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və Bolqarıstanda çətin vəziyyət yaranıb. "Bloomberg" agentliyi bu yaxınlarda məlumat verib ki, Baltikyanı ölkələrdə müharibə olacağı təqdirdə ABŞ-ın onları qoruyacağına şübhələri yaranıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333758_33:0:2764:2048_1920x0_80_0_0_e69bbf2354622f926beafcf8b69ccdc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ai, ai, abş, abş
Aİ ölkələri ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı müqavimət göstərə bilməyəcək - KİV
17:47 25.01.2024 (Yenilənib: 18:12 25.01.2024) Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və Bolqarıstanda çətin vəziyyət yaranıb.
BAKI, 25 yanvar — Sputnik. Avropa ölkələri həssas vəziyyətdədirlər və ABŞ-ın köməyi olmadan onlar Rusiyaya qarşı müqavimət göstərmək iqtidarında deyillər.
Bu barədə Rusiya mediası "Politico" qəzetinə istinadən xəbər verib.
"ABŞ olmadan Avropa İttifaqının (Aİ) Moskva ilə yüksək intensivlikli münaqişədə üzləşmək üçün nə hərbi texnikası, nə də canlı qüvvəsi var" - məqalənin müəllifi qeyd edib.
Qeyd olunur ki, Avropa qoşunlarının müqavilə üzrə fəaliyyət göstərənlərdən asılı olması onların qoşun toplamasında çətinlik yaradır. Nəşrin məlumatına görə, təkcə Almaniya, İngiltərə, İspaniya və Fransada deyil, həm də Rusiyaya daha yaxın ərazidə olan ölkələrdə - Rumıniya, Polşa və Bolqarıstanda çətin vəziyyət yaranıb.
"Bloomberg" agentliyi bu yaxınlarda məlumat verib ki, Baltikyanı ölkələrdə müharibə olacağı təqdirdə ABŞ-ın onları qoruyacağına şübhələri yaranıb.