CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq - Proqnoz

© Sputnik / Anar MustafayevBakıda buludlu hava, arxiv
Bakıda buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 25 yanvar — Sputnik. Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu 0-5° isti, dağlarda 2-7° şaxta olacaq.
Bəzi yolların buz bağlama ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0