Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST Avropada qızılca epidemiyasının səbəbini açıqladı

© AFP 2024 / FABRICE COFFRINIÜST
ÜST  - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
BAKI, 24 yanvar — Sputnik. Avropada qızılcaya yoluxma halları kəskin artıb və artıq tamamilə aradan qaldırılmış hesab edilən bir sıra ölkələrdə qeydə alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Bildirilir ki, 2023-cü ildə Avropa regionunda 30 mindən çox qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Dünya təşkilatının ekspertləri bunun səbəbini COVID-19 pandemiyası ilə əlaqəli 2020-2022-ci illərdə baş vermiş peyvənd boşluqları ilə izah ediblər. Buna görə ÜST Avropa ölkələrini qızılcaya qarşı immunizasiya kampaniyaları keçirməyə çağırır.
Yeri gəlmişkən, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub. 2022-ci ildə isə bu göstərici bir nəfər idi.
Qeyd edək ki, qızılca xəstəliyinin simptomları səpgi, qızdırma, öskürək olur, bəzən sətəlcəmə səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0