Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar arasında yayılmış xəstəliklə bağlı professordan açıqlama

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq, arxiv şəkli
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Professor bildirib ki, əcnəbi mütəxəssislər bu infeksiyanın "Tridemiya" etiologiyalı olduğunu iddia edir və yoluxma səbəbinin insanın eyni zamanda üç fərqli virusun birgə hücumuna məruz qalması olduğunu bildirirlər.
BAKI, 24 yanvar — Sputnik. "Hazırda uşaqlar arasında yayılan xəstəlik Kəskin Respirator Virus İnfeksiyasıdır (adenovirus daxil 200-dən artıq virusu əhatə edir). Bu gün ölkəmizdə dominant adenovirusdır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev öz *Facebook sosial şəbəkə hesabında yazıb. O, bəzi əcnəbi mütəxəssislərin bu infeksiyanın "Tridemiya" etiologiyalı olduğunu iddia etməsini yanlış adlandırıb.
© Photo : courtesy of Musa QaniyevAzərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev

"Virus infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Bəzi əcnəbi mütəxəssislər bu infeksiyanın "Tridemiya" etiologiyalı olduğunu iddia edir. Yəni yoluxmaya səbəb, insanın eyni zamanda üç fərqli virusun - Kovid-19, Qrip və KRVİ - birgə hücumuna məruz qalmasıdır. Əslində, bu tamamilə yanlış fikir və səhv yanaşmadır. Çünki viruslar obliqat parazitdir. "Sahibin hüceyrəsindən kənar" virusda canlılıq əlaməti yoxdur və özünü biopolimer kimi aparır. Yalnız düşdüyü canlı hüceyrənin daxilində artıb çoxala bilir. Bu səbəbdən də, patogen viruslara kəskin antaqonistlik xasdır. Yəni virus yoluxdurub, sahibləndiyi hüceyrəyə digər patogen virusu heç bir halda buraxmır. Odur ki, konkret şəraitdə yoluxmanı yalnız ən aktiv və ən güclü virus ştammı törədir. Buna görə hazırkı infeksiya "Tridemiya" etiologiyalı ola bilməz. Bu aksiomadır. Digər tərəfdən, tibbdə rəsmən qəbul olunmuş "Tridemiya" termini ümumiyyətlə yoxdur və bu ifadə unudulmalıdır. Yoluxmada kəskin artım bütün yaş qruplarında müşahidə olunsa da, söylənilənlərə görə kütləvilik daha çox məktəbəqədər yaş qrupundan olan uşaqlar arasındadır. Bu yaş qrupunda xəstəliyə səbəb, Kəskin Respirator Virus İnfeksiyasıdır (adenovirus daxil 200-dən artıq virusu əhatə edir). Hazırda dominant adenovirusdır" - professor bildirib.

O, yoluxmanın məktəbəqədər yaş qrupunda yüksək olmasının səbəbini isə belə izah edib:
"Anadan olduqdan sonra, ilk 6 ayda, uşaqlar passiv (anadan alınmış) immunitetə sahib olduğundan adenovirus infeksiyasına yoluxmur. Anadangəlmə immunitet itəndən sonra, uşaqlar 7 yaşa kimi adenovirusun demək olar ki, bütün aktiv serotiplərinə dövrü olaraq yoluxaraq immunitet qazanır. Odur ki, məktəbəqədərki yaş qrupunda olan uşaqlar ildə 3-4 dəfə, baxça və ya hazırlığa gedirsə, 12-14 dəfə virus infeksiyasına tutula bilər. Yəni, bu yaş qrupundan olan uşaqlar arasında virus infeksiyasının daha çox yayılması tamamilə qanunauyğundur. Yoluxmaya səbəb olan adenovirusun tipinə gəlincə, adenovirusun insanda xəstəlik törədə bilən 7 tipi və 88 serotipi var. Klinik əlamətlərin izlənməsi infeksiyanın daha çox hallarda mədə-bağırsaq pozğunluğu ilə müşahidə olunduğu, bəzən sarılıq (hepatit) kimi nozoloji vahiq olaraq fərqli yanaşma tələb etdiyini də sübut edir. Elə buna görədir ki, son vaxtlar sarılıq xəstəliyinin kəskin artması ilə bağlı valideyinlər arasında xüsusi narahatlıq və qorxu yaşanır. Əvvəla, bildirirəm ki, yüngül hepatit əlamətləri, uşaqlarda müxtəlif virus infeksiyalarından sonra, geniş yayılmış adi bir haldır və qorxulu deyildir. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən nadir hallarda da olsa, hətta kəskin hepatit törətmə, yalnız "Ad 41" adenovirus serotipinə xasdır. Odur ki, hazırda adenoviruslar ailəsinin "Ad 41" serotipin fəallığının yüksək olduğu öz təsdiqini tapır. Müşahidə olunan sarılıq adenovirus mənşəlidir. Ən effektiv vasitə gigiyenik şərtlər daxilində uşaqların qorunmasıdır".
M.Qəniyev onu da bildirib ki, yetkin yaşlılar arasında yoluxmanın səbəbi isə, KRVİ ilə yanaşı, fəsli infeksiyaya çevrilmiş COVID-19-un BA.2.86 subtipindən əmələ gəlmiş, qripin А(H3N2) ştammı serotipidir. Onun sözlərinə görə, istər COVID, istərsə də qripin törədicisinin nuklein ardıcıllığında bazal genom dəyişikliyi olmadığından, bunlar qorxulu heç bir şey vəd etmir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0