https://sputnik.az/20240124/turk-liresinin-daha-da-ucuzlasmasi-proqnozlasdirilir---kv-462161279.html
Türk lirəsinin daha da ucuzlaşacağı proqnozlaşdırılır - KİV
Türk lirəsinin daha da ucuzlaşacağı proqnozlaşdırılır - KİV
Sputnik Azərbaycan
Bazar iştirakçıları, Türkiyə Mərkəzi Bankının ötən həftə keçirdiyi sorğu zamanı dollar-lirə məzənnəsini ilin sonuna kimi 40,63 səviyyəsində proqnozlaşdırmışdı. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T18:19+0400
2024-01-24T18:19+0400
2024-01-24T18:32+0400
lirə
dünya xəbərləri
dollar
məzənnə
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_0:49:3072:1777_1920x0_80_0_0_8254338819d70eb3734ac5ad534780aa.jpg
BAKI, 24 yanvar — Sputnik. Türkiyə Banklar Assosiasiya (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakar türk lirəsinin (TL) ilin sonuna kimi bir dollar üçün 40 lirəyə kimi ucuzlaşacağını gözləyir. Yanvarın 11-də lirə dollar qarşısında daha bir tarixi minimumu yeniləyərək 1 dollar 30 lirə olub. Bazar iştirakçıları, Türkiyə Mərkəzi Bankının ötən həftə keçirdiyi sorğu zamanı dollar-lirə məzənnəsini ilin sonuna kimi 40,63 səviyyəsində proqnozlaşdırmışdı. Rəsmi statistikaya görə, 2023-cü ilin dekabr ayının sonunda Türkiyədə inflyasiya illik ifadədə 64,77% təşkil edib. Eyni zamanda, bir qrup müstəqil iqtisadçı inflyasiyanı 127,21% səviyyəsində qiymətləndirir. Türkiyə hökuməti 2024-cü ilin sonuna qədər inflyasiyanın təxminən iki dəfə azalacağını - 34%-ə çatacağını gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229052_341:0:3072:2048_1920x0_80_0_0_64948ce5424e28ef924f14f6cfead4db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
lirə, dollar, məzənnə, mərkəzi bank
lirə, dollar, məzənnə, mərkəzi bank
Türk lirəsinin daha da ucuzlaşacağı proqnozlaşdırılır - KİV
18:19 24.01.2024 (Yenilənib: 18:32 24.01.2024) Bazar iştirakçıları, Türkiyə Mərkəzi Bankının ötən həftə keçirdiyi sorğu zamanı dollar-lirə məzənnəsini ilin sonuna kimi 40,63 səviyyəsində proqnozlaşdırmışdı.
BAKI, 24 yanvar — Sputnik. Türkiyə Banklar Assosiasiya (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakar türk lirəsinin (TL) ilin sonuna kimi bir dollar üçün 40 lirəyə kimi ucuzlaşacağını gözləyir.
Yanvarın 11-də lirə dollar qarşısında daha bir tarixi minimumu yeniləyərək 1 dollar 30 lirə olub.
"Çakar bildirib ki, hazırda 2024-cü ildə TL doğru alət kimi görünür. Onun fikrincə, USD/TL məzənnəsi bu il inflyasiyadan çox artmayacaq. Dolların dəyəri 39-40 lirə olacaq" - Ekonomim qəzeti onun sözlərini sitat gətirir.
Bazar iştirakçıları, Türkiyə Mərkəzi Bankının ötən həftə keçirdiyi sorğu zamanı dollar-lirə məzənnəsini ilin sonuna kimi 40,63 səviyyəsində proqnozlaşdırmışdı.
Rəsmi statistikaya görə, 2023-cü ilin dekabr ayının sonunda Türkiyədə inflyasiya illik ifadədə 64,77% təşkil edib. Eyni zamanda, bir qrup müstəqil iqtisadçı inflyasiyanı 127,21% səviyyəsində qiymətləndirir. Türkiyə hökuməti 2024-cü ilin sonuna qədər inflyasiyanın təxminən iki dəfə azalacağını - 34%-ə çatacağını gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.