Tarixdə bu gün: 24 yanvar
13:03 24.01.2024 (Yenilənib: 13:04 24.01.2024)
© Sputnik / Elnur Salayev24 yanvar
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 24 yanvar — Sputnik. Yanvarın 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Yanvarın 24-də kimlər anadan olub?
Məmməd Kazım Ələkbərli (1905-1938) - Azərbaycan sovet ədəbiyyatşünası, filosofu və ictimai xadimidir.
Avtandil İsrafilov (1941-2023) - Azərbaycanın və Dağıstanın xalq artisti, qarmon ifaçısı və bəstəkarıdır. O, 50-dən çox melodiyanın müəllifidir. Bunlardan ən məşhurları "Zemfira", "Kəmalə", "Nazilə", "Baskalı"dır.
Vasili Surikov (1848-1916) - rusiyalı rəssam, genişmiqyaslı tarixi rəsmlərin ustası, akademik və Rusiya İmperator Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.
Ernest Borqnayn (1917-2012) - amerikalı teatr və kino aktyoru, "Oskar" mükafatı laureatıdır. O, "Buradan əbədiyyətə qədər", "Vikinqlər", "Poseydon macərası", "Qattaka" və s. filmlərdə rol alıb.
Roman Filippov (1936-1992) - Rusiyanın xalq artisti, teatr və kino aktyoru, rusiyalı pedaqoqdur. O, "Beluginin evliliyi", "Vanya dayı", "Aşağı dərinliklərdə", "Meşşanın zadəganlığı" və s. filmlərdə rol alıb.
Yuri Başmet (1953) - SSRİ xalq artisti, skripkaçı, dirijor, pedaqoq və ictimai xadimdir. Rusiya Federasiyasının dörd Dövlət mükafatı və "Qremmi" laureatıdır.
Reqe-Jan Peyc (1988) – İngiltərə teatr və kino aktyoru, musiqiçi, müğənni və teleaparıcıdır. "Bricerton" serialında Hastinqs hersoqu rolunun ifaçısıdır.
24 yanvarda dünyada baş verən tarixi hadisələr
1922-ci ildə Onava şəhərindən olan amerikalı Kristian Nelson eskimo dondurması üçün patent alıb. O vaxtdan 24 yanvar Beynəlxalq Eskimo Günü kimi qeyd olunur.
1931-ci ildə Moskvada "Romen" Musiqili Dram Teatrının əsası qoyulub – bu, hazırda dünyada fəaliyyət göstərən ən qədim qaraçı teatrıdır. Əvvəlcə teatrdakı tamaşalar qaraçı dilində, 1940-cı ildən sonra isə rus dilində də nümayiş etdirilib.
1945-ci ildə Böyük Vətən Müharibəsi illərində Azərbaycan sərkərdəsi, general mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanov vəfat edib.
2018-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Beynəlxalq Təhsil Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.