SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Seçki prosesini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Seçki  - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
M.Pənahov əlavə edib ki, bir həftəyə seçki bülletenlərinin çap işləri başa çatacaq.
BAKI, 24 yanvar — Sputnik. Növbədənkənar Prezident seçkisini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, indiyə qədər 64 minə yaxın mü­şahidəçi qeydiyyatdan keçib. Onlardan 400-ü beynəlxalq müşahidəçidir.
M.Pənahov əlavə edib ki, bir həftəyə seçki bülletenlərinin çap işləri başa çatacaq. İlk növbədə seçki bülletenləri Naxçıvana göndəriləcək. Bundan sonra qrafikə uyğun olaraq digər dairə seçki komissiyalarına bülletenlər göndəriləcək.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0