https://sputnik.az/20240124/qerb-daireleri-azerbaycana-qarsi-aktivlesdi-zengezur-dehlizinden-niye-qorxurlar-462145934.html
Qərb dairələri Azərbaycana qarşı aktivləşdi: "Zəngəzur dəhlizi"ndən niyə qorxurlar?
Qərb dairələri Azərbaycana qarşı aktivləşdi: "Zəngəzur dəhlizi"ndən niyə qorxurlar?
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, hazırkı geosiyasi şəraitdə Azərbaycan qazından məhrum olmaq Avropa ölkələrini çox çətin vəziyyətə sala bilər. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T10:01+0400
2024-01-24T10:01+0400
2024-01-24T10:29+0400
zəngəzur dəhlizi
təhlil
fransa
avropa
ermənistan
tofiq abbasov
tofiq abbasov
azərbaycan
mərkəzi asiya
mərkəzi asiya
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_14:0:903:500_1920x0_80_0_0_f86409c91f2cbe1abe56d35e178b8941.png
BAKI, 24 yanvar — Sputnik. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Azərbaycana qarşı iddialar səsləndirib. Borrell Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri Ermənistana qarşı ərazi iddiası kimi təqdim edərək, bundan narahat olduğunu bildirib. Avropalı diplomat Azərbaycan tərəfinin Ermənistanda qalan anklav ərazilərlə bağlı fikirlərini və Zəngəzur dəhlizi ifadəsindən narahatlıq duyur. Sputnik Azərbaycan son zaman Qərb təsisatlarında Azərbaycana qarşı aktivləşən təzyiqlərlə bağlı millət vəkili Elman Nəsirovun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib. Millət vəkili Elman Nəsirov deyir ki, Azərbaycana qarşı qərb siyasi dairələrinin sinxron və koordinasiya olunmuş fəaliyyəti diqqət çəkir: "Əvvəlcə ABŞ Dövlət Departamenti səviyyəsində Azərbaycana qarşı təzyiqlər özünü göstərdi. Ardınca Fransanın ənənəvi anti-Azərbaycan siyasətinin şahidi olduq. Bu ölkənin Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Eyni zamanda Avropa Parlamenti ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Son günlərdə isə AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı məhdudlaşdırmaların tətbiqi məsələsi gündəmə gətirilib. İndi də Borrell Azərbaycanı ittiham edir. Bu iddialar yalan və iftiralarla doludur. Bununla beynəlxalq ictimai fikri dəyişmək məqsədi güdülür". Millət vəkili bildirir ki, Zəngəzur dəhlizinin mahiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməkdir: "Bu dəhlizin yalnız 43 kilometri Ermənistan ərazisindən keçir. Amma Borrellkimilər Azərbaycanın Zəngəzur dəhlizini işğal kimi təqdim etmək üçün əl-ayağa düşüblər. Bu dəhlizin ölçüləri belə, bu yanaşmanın reallıqdan nə qədər uzaq olduğunu ortaya qoyur. Biz bu təhriflərlə və ermənipərəst mövqeyin ifadəsi kimi ortaya çıxan yanaşmaları qəbuledilməz hesab edirik. Borrellin yanaşmasında da anti-Azərbaycan xisləti ortaya qoyulub. Qərb qurumları Azərbaycanın işğal faktına son qoymasını qəbul edə bilmirlər". Elman Nəsirov deyir ki, Borrell kimi bu iddialarla çıxış edən digər avropalı siyasətçilər öz oturduqları budağı kəsirlər: "Onlar unudurlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Hazırkı geosiyasi şəraitdə Azərbaycan qazından məhrum olmaq Avropa ölkələrini çox çətin vəziyyətə sala bilər. Qərb diplomatlarının qlobal maraqları kənara qoyub Ermənistanın mənafeyini müdafiə etməsi müəmmalarla doludur. Mən bunun bir elementi kimi adı rüşvət və korrupsiyada hallanan Avropa Parlamenti ilə bağlı hadisələri yadınıza salmağınızı istəyərdim". Politoloq Tofiq Abbasov bildirir ki, Qərbin və xüsusilə Avropanın Azərbaycanla bağlı çox zərərli yanaşması formalaşıb: "Bu yanaşmalar Azərbaycanın sağlam mövqeyini şübhə altına qoymaq niyyətindən qaynaqlanır. Digər tərəfdən onlar Azərbaycanı Ermənistan üçün təhdid formalaşdıran ölkə kimi təqdim etmək istəyirlər. Ancaq deyəsən onlar unudublar ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, 100 mindən çox vətəndaşımızı yurd-yuvasından didərgin salan Ermənistan olub. Niyəsə indi Qərb diplomatları bu baş verənləri, Cənubi Qafqazda vəziyyəti kimin gərginləşdirdiyini xatırlamaq istəmirlər. Separatçı rejimin qərarından sonra 30 min erməni əsilli şəxs Qarabağı tərk edib. Amma bunu da bizə qarşı qarayaxma kampaniyası üçün istifadə edirlər". Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini onlar həzm edə bilmirlər, deyən politoloq qeyd edir ki, bunun səbəbi də Azərbaycanın Qərbin planlarını haçalamasıdır: "Yəni bizim siyasətimiz onların planlarına uyğun gəlmir. Onla istəyirlər ki, Cənubi Qafqaz qeyri-stabil bir bölgə olaraq onların himayəsinə keçsin. Avropa İttifaqının Qonşuluq proqramı çərçivəsində Cənubi Qafqazı plasdarma çevirmək niyyəti güdürlər. Burada məqsəd Mərkəzi Asiyaya gedən yollara nəzarəti ələ keçirməkdir. Çünki Fransanın Mərkəzi Asiya ölkələrindən uran idxalı üçün dəhlizlərə nəzarət etməsi vacibdir. Qərb deyir ki, Zəngəzur dəhlizi açılırsa, bu, onların nəzarətində olmalıdır. Amma Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Eyni zamanda region ölkələrinin formalaşdırdığı "3+3" formatı var. Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə bu format çərçivəsində qurulacaq regional əməkdaşlıqda Qərb yoxdur. Bu amil də onları qıcıqlandırır". Tofiq Abbasov bildirir ki, Avropa Ermənistanı özünün köləsi kimi görür: "Azərbaycanın isə regionda təsiredici amil olaraq regional güc kimi çıxış etməsi onları sakit saxlaya bilməz. Bu baxımdan, Azərbaycanın rasional təşəbbüslərini, sülhə yönəlik açıqlamalarını qəbullana bilmirlər. Bu regionun problemlərini burada yaşayan ölkələr həll etməlidirlər".
zəngəzur dəhlizi
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_125:0:792:500_1920x0_80_0_0_19871fb40b5cdbf3f1e4872cd7e161f2.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur dəhlizi, fransa, avropa, ermənistan, tofiq abbasov, tofiq abbasov, azərbaycan, mərkəzi asiya, mərkəzi asiya, qərb, qərb, region, elman nəsirov, millət vəkili, avropa ittifaqı
zəngəzur dəhlizi, fransa, avropa, ermənistan, tofiq abbasov, tofiq abbasov, azərbaycan, mərkəzi asiya, mərkəzi asiya, qərb, qərb, region, elman nəsirov, millət vəkili, avropa ittifaqı
Qərb dairələri Azərbaycana qarşı aktivləşdi: "Zəngəzur dəhlizi"ndən niyə qorxurlar?
10:01 24.01.2024 (Yenilənib: 10:29 24.01.2024) Millət vəkili deyir ki, hazırkı geosiyasi şəraitdə Azərbaycan qazından məhrum olmaq Avropa ölkələrini çox çətin vəziyyətə sala bilər.
BAKI, 24 yanvar — Sputnik. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Azərbaycana qarşı iddialar səsləndirib. Borrell Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri Ermənistana qarşı ərazi iddiası kimi təqdim edərək, bundan narahat olduğunu bildirib.
Avropalı diplomat Azərbaycan tərəfinin Ermənistanda qalan anklav ərazilərlə bağlı fikirlərini və Zəngəzur dəhlizi ifadəsindən narahatlıq duyur.
Sputnik Azərbaycan son zaman Qərb təsisatlarında Azərbaycana qarşı aktivləşən təzyiqlərlə bağlı millət vəkili Elman Nəsirovun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov deyir ki, Azərbaycana qarşı qərb siyasi dairələrinin sinxron və koordinasiya olunmuş fəaliyyəti diqqət çəkir: "Əvvəlcə ABŞ Dövlət Departamenti səviyyəsində Azərbaycana qarşı təzyiqlər özünü göstərdi. Ardınca Fransanın ənənəvi anti-Azərbaycan siyasətinin şahidi olduq. Bu ölkənin Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Eyni zamanda Avropa Parlamenti ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Son günlərdə isə AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı məhdudlaşdırmaların tətbiqi məsələsi gündəmə gətirilib. İndi də Borrell Azərbaycanı ittiham edir. Bu iddialar yalan və iftiralarla doludur. Bununla beynəlxalq ictimai fikri dəyişmək məqsədi güdülür".
Millət vəkili bildirir ki, Zəngəzur dəhlizinin mahiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməkdir: "Bu dəhlizin yalnız 43 kilometri Ermənistan ərazisindən keçir. Amma Borrellkimilər Azərbaycanın Zəngəzur dəhlizini işğal kimi təqdim etmək üçün əl-ayağa düşüblər. Bu dəhlizin ölçüləri belə, bu yanaşmanın reallıqdan nə qədər uzaq olduğunu ortaya qoyur. Biz bu təhriflərlə və ermənipərəst mövqeyin ifadəsi kimi ortaya çıxan yanaşmaları qəbuledilməz hesab edirik. Borrellin yanaşmasında da anti-Azərbaycan xisləti ortaya qoyulub. Qərb qurumları Azərbaycanın işğal faktına son qoymasını qəbul edə bilmirlər".
Elman Nəsirov deyir ki, Borrell kimi bu iddialarla çıxış edən digər avropalı siyasətçilər öz oturduqları budağı kəsirlər: "Onlar unudurlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Hazırkı geosiyasi şəraitdə Azərbaycan qazından məhrum olmaq Avropa ölkələrini çox çətin vəziyyətə sala bilər. Qərb diplomatlarının qlobal maraqları kənara qoyub Ermənistanın mənafeyini müdafiə etməsi müəmmalarla doludur. Mən bunun bir elementi kimi adı rüşvət və korrupsiyada hallanan Avropa Parlamenti ilə bağlı hadisələri yadınıza salmağınızı istəyərdim".
Politoloq Tofiq Abbasov bildirir ki, Qərbin və xüsusilə Avropanın Azərbaycanla bağlı çox zərərli yanaşması formalaşıb: "Bu yanaşmalar Azərbaycanın sağlam mövqeyini şübhə altına qoymaq niyyətindən qaynaqlanır. Digər tərəfdən onlar Azərbaycanı Ermənistan üçün təhdid formalaşdıran ölkə kimi təqdim etmək istəyirlər. Ancaq deyəsən onlar unudublar ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, 100 mindən çox vətəndaşımızı yurd-yuvasından didərgin salan Ermənistan olub. Niyəsə indi Qərb diplomatları bu baş verənləri, Cənubi Qafqazda vəziyyəti kimin gərginləşdirdiyini xatırlamaq istəmirlər. Separatçı rejimin qərarından sonra 30 min erməni əsilli şəxs Qarabağı tərk edib. Amma bunu da bizə qarşı qarayaxma kampaniyası üçün istifadə edirlər".
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini onlar həzm edə bilmirlər, deyən politoloq qeyd edir ki, bunun səbəbi də Azərbaycanın Qərbin planlarını haçalamasıdır: "Yəni bizim siyasətimiz onların planlarına uyğun gəlmir. Onla istəyirlər ki, Cənubi Qafqaz qeyri-stabil bir bölgə olaraq onların himayəsinə keçsin. Avropa İttifaqının Qonşuluq proqramı çərçivəsində Cənubi Qafqazı plasdarma çevirmək niyyəti güdürlər. Burada məqsəd Mərkəzi Asiyaya gedən yollara nəzarəti ələ keçirməkdir. Çünki Fransanın Mərkəzi Asiya ölkələrindən uran idxalı üçün dəhlizlərə nəzarət etməsi vacibdir. Qərb deyir ki, Zəngəzur dəhlizi açılırsa, bu, onların nəzarətində olmalıdır. Amma Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Eyni zamanda region ölkələrinin formalaşdırdığı "3+3" formatı var. Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə bu format çərçivəsində qurulacaq regional əməkdaşlıqda Qərb yoxdur. Bu amil də onları qıcıqlandırır".
Tofiq Abbasov bildirir ki, Avropa Ermənistanı özünün köləsi kimi görür: "Azərbaycanın isə regionda təsiredici amil olaraq regional güc kimi çıxış etməsi onları sakit saxlaya bilməz. Bu baxımdan, Azərbaycanın rasional təşəbbüslərini, sülhə yönəlik açıqlamalarını qəbullana bilmirlər. Bu regionun problemlərini burada yaşayan ölkələr həll etməlidirlər".