https://sputnik.az/20240124/prezident-seckisi-prosesinde-mobil-sesverme-qutulari-teskil-olunacaq-462164277.html
Prezident seçkisi prosesində mobil səsvermə qutuları təşkil olunacaq
Prezident seçkisi prosesində mobil səsvermə qutuları təşkil olunacaq
Sputnik Azərbaycan
M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T13:31+0400
2024-01-24T13:31+0400
2024-01-24T15:33+0400
mobil
cəmiyyət
seçki
qutu
prezident
https://cdnn1.img.sputnik.az/img/42309/42/423094273_0:160:3072:1888_1920x0_80_0_0_fca0cd9b8af81b8a2388cf7d413efa84.jpg
BAKI, 24 yanvar — Sputnik. Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb. M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42309/42/423094273_171:0:2902:2048_1920x0_80_0_0_fe0d2a3ba273e8392198e83e464db1e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mobil, seçki, qutu, prezident
mobil, seçki, qutu, prezident
Prezident seçkisi prosesində mobil səsvermə qutuları təşkil olunacaq
13:31 24.01.2024 (Yenilənib: 15:33 24.01.2024) M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq.
BAKI, 24 yanvar — Sputnik. Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb.
M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.