https://sputnik.az/20240124/prezident-seckileri-ile-bagli-secki-bulletenlerinin-capina-baslanilib-462163922.html
Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
Sputnik Azərbaycan
Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülletenin çap edilməsi nəzərdə tutulub. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T12:41+0400
2024-01-24T12:41+0400
2024-01-24T16:49+0400
siyasət
prezident
seçki
https://cdnn1.img.sputnik.az/img/42309/42/423094283_0:160:3072:1888_1920x0_80_0_0_0a6b50b5a0cfc86f42ff44b3281b0cb3.jpg
BAKI, 24 yanvar — Sputnik. Növbədənkənar Prezident seçkisi üçün seçki bülletenlərinin çapına başlanılıb. Media nümayəndələri çap prosesi ilə tanış olub. Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülletenin çap edilməsi nəzərdə tutulub. Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42309/42/423094283_171:0:2902:2048_1920x0_80_0_0_0f899ce5369736339d2777e860a924c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, seçki
Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
12:41 24.01.2024 (Yenilənib: 16:49 24.01.2024) Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülletenin çap edilməsi nəzərdə tutulub.
BAKI, 24 yanvar — Sputnik. Növbədənkənar Prezident seçkisi üçün seçki bülletenlərinin çapına başlanılıb.
Media nümayəndələri çap prosesi ilə tanış olub.
Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülletenin çap edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.