https://sputnik.az/20240124/onkoloji-xesteliklerin-icbari-tibbi-sigorta-zerfine-salinmasi-ucun-islere-baslanilib-462160918.html
Onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması üçün işlərə başlanılıb
Onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması üçün işlərə başlanılıb
Sputnik Azərbaycan
Artıq tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T21:40+0400
2024-01-24T21:40+0400
2024-01-24T21:40+0400
onkoloji xəstəlik
səhiyyə
icbari tibbi sığorta
paket
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_0:0:3640:2048_1920x0_80_0_0_4069e286d632fd90ed4a60611d03849f.jpg
BAKI, 24 yanvar — Sputnik. Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir. Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir. Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ötən il jurnalistlərə açıqlamasında bu mövzuya toxunaraq bildirmişdi ki, onkoloji xəstəliklərin icbari sığorta paketinə salınması üçün hesablamalar aparılır. Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir. Bunun üçün xarici ölkələrdən də mütəxəssislər cəlb edilib. Zaur Əliyev onu da bildirib ki, hazırda ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Buna görə də, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq. Onu da əlavə edək ki, onkoloji xəstəliklərin müalicəsinə dövlət büdcəsindən ötən il 50 milyon manat vəsait ayrılıb. Rəsmi açıqlamaya görə, bu, xəstələrin tam müalicəsi üçün yetmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_547:0:3278:2048_1920x0_80_0_0_f8aeab2ca331f4bfccb3934f9eb26a6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
onkoloji xəstəlik, icbari tibbi sığorta, paket
onkoloji xəstəlik, icbari tibbi sığorta, paket
Onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması üçün işlərə başlanılıb
Artıq tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir.
BAKI, 24 yanvar — Sputnik. Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir.
Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir.
"Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri estetik əməliyyatları çıxmaqla bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq" - Əhliman Əmiraslanov qeyd edib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ötən il jurnalistlərə açıqlamasında bu mövzuya toxunaraq bildirmişdi ki, onkoloji xəstəliklərin icbari sığorta paketinə salınması üçün hesablamalar aparılır. Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir. Bunun üçün xarici ölkələrdən də mütəxəssislər cəlb edilib. Zaur Əliyev onu da bildirib ki, hazırda ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Buna görə də, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq.
Onu da əlavə edək ki, onkoloji xəstəliklərin müalicəsinə dövlət büdcəsindən ötən il 50 milyon manat vəsait ayrılıb. Rəsmi açıqlamaya görə, bu, xəstələrin tam müalicəsi üçün yetmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.