https://sputnik.az/20240124/bakida-magazada-33-yasli-kisi-olduruldu-462161646.html
Bakıda mağazada 33 yaşlı kişi öldürüldü
Bakıda mağazada 33 yaşlı kişi öldürüldü
Sputnik Azərbaycan
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə... 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T12:03+0400
2024-01-24T12:03+0400
2024-01-24T12:31+0400
hadisə
nizami rayonu
koroğlu
mağaza
ölüm
bıçaqlanma
https://cdnn1.img.sputnik.az/img/41718/04/417180425_0:191:1848:1230_1920x0_80_0_0_1e7f9b474eea3197ccc5f89b3cef7c35.jpg
BAKI, 24 yanvar — Sputnik. Bakıda mağazada 33 yaşlı kişi öldürülüb. Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki, Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41718/04/417180425_62:0:1702:1230_1920x0_80_0_0_fc83456a55047072841a2508428b5e9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nizami rayonu, koroğlu, mağaza, ölüm, bıçaqlanma
nizami rayonu, koroğlu, mağaza, ölüm, bıçaqlanma
Bakıda mağazada 33 yaşlı kişi öldürüldü
12:03 24.01.2024 (Yenilənib: 12:31 24.01.2024) Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 24 yanvar — Sputnik. Bakıda mağazada 33 yaşlı kişi öldürülüb. Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.