https://sputnik.az/20240124/azerbaycanin-gurcustan-ve-rusiya-ile-serhedinde-yeni-gomruk-postlari-yaradilacaq-462161408.html
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin nümayəndəsi qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də... 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T17:32+0400
2024-01-24T17:32+0400
2024-01-24T17:41+0400
azərbaycan
azərbaycan xəbərləri
sərhəd
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862020_0:319:3074:2048_1920x0_80_0_0_3144f271ab12661f3fceeaf4353850ab.jpg
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov "Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri" adlı tədbirdə deyib. O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır. Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək. "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456862020_712:276:3074:2048_1920x0_80_0_0_75405003b22cad4a406c2e90a2d5db80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, sərhəd, gürcüstan
azərbaycan, sərhəd, gürcüstan
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq
17:32 24.01.2024 (Yenilənib: 17:41 24.01.2024) Dövlət Gömrük Komitəsinin nümayəndəsi qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.
Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov "Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri" adlı tədbirdə deyib.
O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir. Ümumiyyətlə, həm ixracın həm də idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır.
Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub.
Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər.
"Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.
Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.
"Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.