https://sputnik.az/20240124/azerbaycanda-ticaret-ve-informasiya-portali-istifadeye-verilecek-462160576.html
Azərbaycanda ticarət və informasiya portalı istifadəyə veriləcək
Azərbaycanda ticarət və informasiya portalı istifadəyə veriləcək
Sputnik Azərbaycan
Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq. 24.01.2024, Sputnik Azərbaycan
2024-01-24T20:47+0400
2024-01-24T20:47+0400
2024-01-24T22:36+0400
azərbaycan
iqtisadiyyat
"made in azerbaijan"
ticarət
portal
informasiya
https://cdnn1.img.sputnik.az/img/41258/11/412581102_0:126:3193:1922_1920x0_80_0_0_3610cb619fae0e80bf369da48d31df74.jpg
BAKI, 24 yanvar — Sputnik. Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı - madeinazerbaijan.gov.az istifadəyə veriləcək. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorun müavini Tural Hacılı bildirib. Onun sözlərinə görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək. Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq. "Made in Azerbaijan" Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalayıb. Bu Fərman "Made in Azerbaijan" brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41258/11/412581102_230:0:2961:2048_1920x0_80_0_0_5dba00ea1300b4c045df82a0008734a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, "made in azerbaijan", ticarət, portal, informasiya
azərbaycan, "made in azerbaijan", ticarət, portal, informasiya
Azərbaycanda ticarət və informasiya portalı istifadəyə veriləcək
20:47 24.01.2024 (Yenilənib: 22:36 24.01.2024) Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq.
BAKI, 24 yanvar — Sputnik. Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı - madeinazerbaijan.gov.az istifadəyə veriləcək.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorun müavini Tural Hacılı bildirib.
Onun sözlərinə görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək. Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq.
"Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. Azərbaycandan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2022-ci ilə nisbətən 9,8% çoxdur. Təkcə ötən ilin dekabrında ölkədən ixrac olunan qeyri-neft məhsullarının dəyəri isə 314,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,8% çoxdur", T.Hacılı əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının "Made in Azerbaijan" adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalayıb. Bu Fərman "Made in Azerbaijan" brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.
Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.