Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda neft hasilatı

Abunə olmaq
Pandemiyadan əvvəlki 2019-cu ildə respublikada neft hasilatı 37,5 milyon ton olub. Son beş ildə ölkədə neft hasilatı haqqında ətraflı məlumatı "Sputnik Azərbaycan"ın infoqrafikasında oxuyun.
Azərbaycanda 2023-cü ildə neft və qaz kondensatı hasilatı 7,4% azalaraq 30,2 milyon ton təşkil edib. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 17,8 milyon ton neft hasil edilib ki, bu da 2022-ci illə müqayisədə 12,7% azdır.
Bundan əlavə, 2023-cü ildə "Şahdəniz" yatağında 4,3 milyon ton qaz kondensatı hasil edilib ki, bu da bir il əvvəlkindən 2,3% azdır.
Ümumiyyətlə, son illər Azərbaycanda neft hasilatı azalır. Belə ki, 2022-ci ildə ölkədə 2021 və 2020-ci illərdəki 34,5 milyon tona qarşı 32,6 milyon ton neft hasil edilib.
Pandemiyadan əvvəlki 2019-cu ildə Azərbaycanda neft hasilatı 37,5 milyon ton, 2018-ci ildə isə 38,8 milyon ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0