https://sputnik.az/20240123/tramp-rf-ve-cin-liderlerini-oz-olkelerini-seven-agilli-ve-nufuzlu-insanlar-adlandirib-462143268.html
Tramp RF və Çin liderlərini "öz ölkələrini sevən ağıllı və nüfuzlu insanlar" adlandırıb
Tramp RF və Çin liderlərini "öz ölkələrini sevən ağıllı və nüfuzlu insanlar" adlandırıb
Sputnik Azərbaycan
Trampın fikrincə, Putin və Si Cinpin "xoşunuza gəlsə də-gəlməsə də, "çox ağıllı və güclü" insanlardır. 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T21:27+0400
2024-01-23T21:27+0400
2024-01-23T21:27+0400
donald tramp
dünya xəbərləri
çin xalq respublikasının sədri si tszinpin
si cinpin
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451991481_0:160:3072:1888_1920x0_80_0_0_f5326f26c3e676b7e307cdf90d74f72c.jpg
BAKI, 23 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin ABŞ-ın hazırkı rəhbəri Co Baydendən fərqli olaraq öz ölkələrini sevir və uğur qazanmasını istəyirlər. Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib. "Onlar, yəni Rusiya Federasiyası və Çin liderləri öz ölkələrini sevirlər və ölkələrinin uğur qazanmasını istəyirlər. Bizdə isə, fikrimcə, buna qadir olmayan bir şəxsdir (Bayden - red.)" - Tramp "Fox News"a müsahibəsində bildirib. Trampın fikrincə, Putin və Si Cinpin "xoşunuza gəlsə də, gəlməsə də, "çox ağıllı və güclü" insanlardır. ABŞ-ın keçmiş prezidenti bir daha Baydenin "son dərəcə bacarıqsız" olduğunu, "iki sözü bir-birinə calaq etməyə, səhnədən enməyə və pilləkənləri tapmağa qadir olmayan biri" olduğunu söyləyib. ABŞ-ın hazırkı prezidentinin məsələyə dəxli olmayan sözləri və davranışları mütəmadi olaraq onun işinin öhdəsindən gəlmək qabiliyyətinə şübhələr yaradır və o, tez-tez gülüş hədəfinə çevrilir. Bəzən 81 yaşlı Bayden yanında olanların adlarını və ya mövqelərini qarışdırır. Üstəlik, onun səhnədən çıxış yolu tapmaq üçün başqalarının köməyinə müraciət etdiyi vaxtlar olub. Həmçinin ABŞ prezidenti dəfələrlə təyyarənin trapında və pilləkənlərdə büdrəyib, velosipedindən yıxılıb və boşluqda əl sıxmaq üçün arxaya çevrilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/451991481_171:0:2902:2048_1920x0_80_0_0_a6f0cf18dabff77ef213065323a8054a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
donald tramp, çin xalq respublikasının sədri si tszinpin, si cinpin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya, çin
donald tramp, çin xalq respublikasının sədri si tszinpin, si cinpin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya, çin
Tramp RF və Çin liderlərini "öz ölkələrini sevən ağıllı və nüfuzlu insanlar" adlandırıb
Trampın fikrincə, Putin və Si Cinpin "xoşunuza gəlsə də-gəlməsə də, "çox ağıllı və güclü" insanlardır.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin ABŞ-ın hazırkı rəhbəri Co Baydendən fərqli olaraq öz ölkələrini sevir və uğur qazanmasını istəyirlər.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.
"Onlar, yəni Rusiya Federasiyası və Çin liderləri öz ölkələrini sevirlər və ölkələrinin uğur qazanmasını istəyirlər. Bizdə isə, fikrimcə, buna qadir olmayan bir şəxsdir (Bayden - red.)" - Tramp "Fox News"a müsahibəsində bildirib.
Trampın fikrincə, Putin və Si Cinpin "xoşunuza gəlsə də, gəlməsə də, "çox ağıllı və güclü" insanlardır.
ABŞ-ın keçmiş prezidenti bir daha Baydenin "son dərəcə bacarıqsız" olduğunu, "iki sözü bir-birinə calaq etməyə, səhnədən enməyə və pilləkənləri tapmağa qadir olmayan biri" olduğunu söyləyib.
ABŞ-ın hazırkı prezidentinin məsələyə dəxli olmayan sözləri və davranışları mütəmadi olaraq onun işinin öhdəsindən gəlmək qabiliyyətinə şübhələr yaradır və o, tez-tez gülüş hədəfinə çevrilir. Bəzən 81 yaşlı Bayden yanında olanların adlarını və ya mövqelərini qarışdırır. Üstəlik, onun səhnədən çıxış yolu tapmaq üçün başqalarının köməyinə müraciət etdiyi vaxtlar olub. Həmçinin ABŞ prezidenti dəfələrlə təyyarənin trapında və pilləkənlərdə büdrəyib, velosipedindən yıxılıb və boşluqda əl sıxmaq üçün arxaya çevrilib.