https://sputnik.az/20240123/reqabet-mecellesinin-layihesi-parlamente-daxil-olub-458510124.html
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
Sputnik Azərbaycan
Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin... 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T17:24+0400
2024-01-23T17:24+0400
2024-01-23T17:24+0400
iqtisadiyyat
rəqabət
məcəllə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 23 yanvar — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.08.12.23Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.22.09.23Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Məcəllənin qəbulu ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib. "Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir" -, deyə Milli Məclisdən bildirilib.Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq."Sənədin qəbulu qiymətlərin optimallaşdırılması baxımından əhəmiyyətlidir"Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, artıq Rəqabət Məcəlləsi ictimai müzakirə üçün təqdim olunub: "Rəqabət Məcəlləsinin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması və bir sıra məhsullar üzrə qiymətlərin azadılmasına xidmət etməsi baxımından əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunur və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi nəticədə Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq". Deputat diqqətə çatdırıb ki, inhisarın aradan qaldırılması və bazarın liberallaşdırılması çox vacibdir: "Məcəllənin qəbul edilməsində də əsas məqsəd inhisarın qarşısının alınmasına nail olmaqdır. Sənədin qəbulu inhisarın minimumlaşdırılması, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması üçün yeni imkanlar yaradacaq". "Məcəllənin qəbulu süni qiymətin formalaşmasına mane ola bilər"İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, sərbəst bazar şəraitində oyun qaydalarının müəyyən edilməsi məhz Rəqabət Məcəlləsi ilə tənzimlənir: "Məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymətin formalaşmasına mane ola bilər. Süni qiymət monopolistlərin formalaşdırdığı, kartel müqavilələrinin nəticəsində formalaşan qiymətdir. Başqa sözlə, bazar qaydaları əsasında formalaşmayan qiymət süni qiymətdir. Dövlət buna nəzarət etməlidir. Məsələn, diş pastasını ölkəyə ancaq bir şəxs və yaxud da 35 faizdən çoxunu bir şəxs gətirirsə, dövlət həmin şəxsin müəyyən etdiyi qiymətlərə nəzarət etməlidir. Rəqabət Məcəlləsi bu məsələni tənzimləməlidir". "Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər yer alıb" -, deyə o əlavə edib. Ekspert Rəqabət Məcəlləsinə riayət edilməsini vacib hesab edir Hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, Rəqabət Məcəlləsinin qəbul edilməsini müsbət qiymətləndirib, amma bu sənədə riayət edilməsini vacib hesab edib. O bildirib ki, sənəd qəbul edilsə belə mühüm olan Rəqabət Məcəlləsinə riayət etməkdir:"Bazar iqtisadiyyatı şəraitində belə hansısa şirkətlər öz aralarında sövdələşə və bazarı tam ələ ala bilərlər. Başqa sözlə, həmin şirkətlər bazarda öz qiymətlərini diqtə edə, rəqiblərini sıradan çıxarda bilərlər. Son nəticədə bundan istehlakçılar zərər çəkirlər. Məsələn, internet xidmətləri bazarında sağlam rəqabət yoxdur və nəticədə xidmətin keyfiyyətinə və qiymətinə görə istehlakçı ziyan görür". Sənəd iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradırQeyd edək ki, bu Məcəllə Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır. Rəqabət Məcəlləsinin 3-cü maddəsi "Azərbaycan Respublikasının rəqabət siyasətinin prinsipləri" adlanır. Həmin maddəyə əsasən rəqabət siyasətinin prinsipləri aşağıdakılardır: -sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması; -rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi; -iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması; -rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması; -qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması; -sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması; -müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;-rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi;-bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.19-cu maddəyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır:-müştərilərə qarşı aqressiv davranış; -rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;-rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;-müştərilərin çaşdırılması və aldadılması;-kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;-haqsız rəqabətə səbəb olan digər hərəkətlər. Əlavə edək ki, bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri, habelə rəqabət orqanının vəzifəli şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar. Bazar subyektləri deyəndə bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər nəzərdə tutulur.Xatırladaq ki, bu ilin mart ayında deputat Vahid Əhmədov parlamentdə çıxışı zamanı demişdi ki, qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Onun sözlərinə görə, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin Məcəllə hələ də parlamentə daxil olmayıb:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rəqabət, məcəllə
Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
BAKI, 23 yanvar — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.
Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Məcəllənin qəbulu ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb.
Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
"Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir" -, deyə Milli Məclisdən bildirilib.
Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq.
"Sənədin qəbulu qiymətlərin optimallaşdırılması baxımından əhəmiyyətlidir"
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, artıq Rəqabət Məcəlləsi ictimai müzakirə üçün təqdim olunub:
"Rəqabət Məcəlləsinin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması və bir sıra məhsullar üzrə qiymətlərin azadılmasına xidmət etməsi baxımından əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunur və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi nəticədə Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq".
Deputat diqqətə çatdırıb ki, inhisarın aradan qaldırılması və bazarın liberallaşdırılması çox vacibdir:
"Məcəllənin qəbul edilməsində də əsas məqsəd inhisarın qarşısının alınmasına nail olmaqdır. Sənədin qəbulu inhisarın minimumlaşdırılması, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması üçün yeni imkanlar yaradacaq".
"Məcəllənin qəbulu süni qiymətin formalaşmasına mane ola bilər"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, sərbəst bazar şəraitində oyun qaydalarının müəyyən edilməsi məhz Rəqabət Məcəlləsi ilə tənzimlənir:
"Məcəllənin qəbulu özəl sektor tərəfindən süni qiymətin formalaşmasına mane ola bilər. Süni qiymət monopolistlərin formalaşdırdığı, kartel müqavilələrinin nəticəsində formalaşan qiymətdir. Başqa sözlə, bazar qaydaları əsasında formalaşmayan qiymət süni qiymətdir. Dövlət buna nəzarət etməlidir. Məsələn, diş pastasını ölkəyə ancaq bir şəxs və yaxud da 35 faizdən çoxunu bir şəxs gətirirsə, dövlət həmin şəxsin müəyyən etdiyi qiymətlərə nəzarət etməlidir. Rəqabət Məcəlləsi bu məsələni tənzimləməlidir".
"Sənəddə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər yer alıb" -, deyə o əlavə edib.
Ekspert Rəqabət Məcəlləsinə riayət edilməsini vacib hesab edir
Hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, Rəqabət Məcəlləsinin qəbul edilməsini müsbət qiymətləndirib, amma bu sənədə riayət edilməsini vacib hesab edib. O bildirib ki, sənəd qəbul edilsə belə mühüm olan Rəqabət Məcəlləsinə riayət etməkdir:
"Bazar iqtisadiyyatı şəraitində belə hansısa şirkətlər öz aralarında sövdələşə və bazarı tam ələ ala bilərlər. Başqa sözlə, həmin şirkətlər bazarda öz qiymətlərini diqtə edə, rəqiblərini sıradan çıxarda bilərlər. Son nəticədə bundan istehlakçılar zərər çəkirlər. Məsələn, internet xidmətləri bazarında sağlam rəqabət yoxdur və nəticədə xidmətin keyfiyyətinə və qiymətinə görə istehlakçı ziyan görür".
Sənəd iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır
Qeyd edək ki, bu Məcəllə Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Rəqabət Məcəlləsinin 3-cü maddəsi "Azərbaycan Respublikasının rəqabət siyasətinin prinsipləri" adlanır. Həmin maddəyə əsasən rəqabət siyasətinin prinsipləri aşağıdakılardır:
-sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması;
-rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi; -iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması;
-rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması;
-qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması;
-sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması;
-müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;
-rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi;
-bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.
19-cu maddəyə əsasən, haqsız rəqabətin formaları aşağıdakılardır:
-müştərilərə qarşı aqressiv davranış; -rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
-rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
-müştərilərin çaşdırılması və aldadılması;
-kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
-haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
Əlavə edək ki, bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri, habelə rəqabət orqanının vəzifəli şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar. Bazar subyektləri deyəndə bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin mart ayında deputat Vahid Əhmədov parlamentdə çıxışı zamanı demişdi ki, qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır. Bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir.
Onun sözlərinə görə, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin Məcəllə hələ də parlamentə daxil olmayıb:
"Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və Rəqabət Məcəlləsi Milli Məclisə daxil olsun. Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri mümkündür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.