https://sputnik.az/20240123/nazirlik-azerbaycanda-hepatit-a-virusuna-yoluxma-hallari-azalib-veziyyet-nezaretdedir-462135806.html
Nazirlik: Azərbaycanda hepatit A virusuna yoluxma halları azalıb, vəziyyət nəzarətdədir
Nazirlik: Azərbaycanda hepatit A virusuna yoluxma halları azalıb, vəziyyət nəzarətdədir
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin... 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T19:47+0400
2024-01-23T19:47+0400
2024-01-23T20:01+0400
azərbaycan
səhiyyə
səhiyyə nazirliyi
azərbaycan səhiyyə nazirliyi
məlumat
"hepatit a" epidemiyası
hepatit b
hepatit
https://cdnn1.img.sputnik.az/img/42351/55/423515596_0:0:1920:1080_1920x0_80_0_0_0690fc0cce42a3447dc7254314ec0da4.jpg
BAKI, 23 yanvar — Sputnik. Ötən ilin son aylarından başlayaraq, Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə "hepatit A" diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: "Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir". Məlumatda həmçinin bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb: "Aparılan monitorinqlər nəticəsində "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/55/423515596_94:0:1822:1296_1920x0_80_0_0_71f0396d24a351985f26d4a16ebae4de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, səhiyyə nazirliyi, azərbaycan səhiyyə nazirliyi, məlumat, "hepatit a" epidemiyası, hepatit b, hepatit
azərbaycan, səhiyyə nazirliyi, azərbaycan səhiyyə nazirliyi, məlumat, "hepatit a" epidemiyası, hepatit b, hepatit
Nazirlik: Azərbaycanda hepatit A virusuna yoluxma halları azalıb, vəziyyət nəzarətdədir
19:47 23.01.2024 (Yenilənib: 20:01 23.01.2024) Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb.
BAKI, 23 yanvar — Sputnik. Ötən ilin son aylarından başlayaraq, Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə "hepatit A" diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: "Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir".
Məlumatda həmçinin bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb: "Aparılan monitorinqlər nəticəsində "Azərsu" ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir".