https://sputnik.az/20240123/mirzoyan-azerbaycan-ermenistan-serti-serhedinde-eskalasiya-tehlukesi-qalmaqdadir-462142960.html
Mirzoyan: Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya təhlükəsi qalmaqdadır
Mirzoyan: Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya təhlükəsi qalmaqdadır
Sputnik Azərbaycan
Erməni nazir onu da bildirib ki, İrəvan iki ölkənin xarici işlər nazirlərinin sərhəddə görüşü ilə bağlı Bakıdan heç bir təklif almayıb. 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T20:36+0400
2024-01-23T20:36+0400
2024-01-23T20:36+0400
ararat mirzoyan
siyasət
beynəlxalq
vasitəçilik
nazir
ermənistan
azərbaycan
görüş
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_0:0:3084:1736_1920x0_80_0_0_94d14a3334083aaf76c95d83d8cf8cad.jpg
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan-Ermənistan sərhədində eskalasiya təhlükəsi qalmaqdadır. Bu barədə mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Azərbaycan prezidenti İlham Əliyevin son müsahibəsinin ritorikası bizə sayıqlığımızı azaltmağa imkan vermir” - Mirzoyan bildirib. Mirzoyan iddia edib ki, müsahibədə Ermənistanın suveren ərazilərinə qarşı ərazi iddiaları irəli sürülüb. Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir: "Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək". Erməni nazir onu da bildirib ki, İrəvan iki ölkənin xarici işlər nazirlərinin sərhəddə görüşü ilə bağlı Bakıdan heç bir təklif almayıb. Mirzoyan qeyd edib ki, belə bir təklif daxil olarsa, İrəvan buna baxacaq və cavab verəcək. Eyni zamanda, onun sözlərinə görə, hazırda ölkə liderlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur. Nazir vurğulayıb ki, erməni tərəfi üçün birbaşa danışıqların aparılması məsələsi fundamental xarakter daşımır. O qeyd edib ki, danışıqların prinsipləri və məzmunu İrəvan üçün vacibdir. "Sülh müqaviləsi ilə bağlı danışıqlarımız ihəm dolayı, həm də birbaşa hesab oluna bilər. Görüşlərin təşkilində müxtəlif tərəfdaşlar bizə kömək etdi, üçtərəfli görüşlər oldu. Amma istəsək, deyə bilərik ki, bu, birbaşa danışıqlar idi, çünki məsələlər ikitərəfli əsasda müzakirə edilib” , - Mirzoyan bildirib. Beynəlxalq vasitəçilik məsələsinə gəlincə, nazir qeyd edib ki, Ermənistan buna önəm verir, çünki regionda sülhün bərqərar olması təkcə iki konkret ölkənin deyil, həm də regional və regiondankənar oyunçuların maraqlarına cavab verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126622_355:0:3084:2047_1920x0_80_0_0_7c13f0fe42da4ed78d40f578e3713dc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, beynəlxalq, vasitəçilik, nazir, ermənistan, azərbaycan, görüş, sərhəd
ararat mirzoyan, beynəlxalq, vasitəçilik, nazir, ermənistan, azərbaycan, görüş, sərhəd
Mirzoyan: Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya təhlükəsi qalmaqdadır
Erməni nazir onu da bildirib ki, İrəvan iki ölkənin xarici işlər nazirlərinin sərhəddə görüşü ilə bağlı Bakıdan heç bir təklif almayıb.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan-Ermənistan sərhədində eskalasiya təhlükəsi qalmaqdadır. Bu barədə mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Azərbaycan prezidenti İlham Əliyevin son müsahibəsinin ritorikası bizə sayıqlığımızı azaltmağa imkan vermir” - Mirzoyan bildirib.
Mirzoyan iddia edib ki, müsahibədə Ermənistanın suveren ərazilərinə qarşı ərazi iddiaları irəli sürülüb.
Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir: "Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək".
Erməni nazir onu da bildirib ki, İrəvan iki ölkənin xarici işlər nazirlərinin sərhəddə görüşü ilə bağlı Bakıdan heç bir təklif almayıb. Mirzoyan qeyd edib ki, belə bir təklif daxil olarsa, İrəvan buna baxacaq və cavab verəcək. Eyni zamanda, onun sözlərinə görə, hazırda ölkə liderlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur.
Nazir vurğulayıb ki, erməni tərəfi üçün birbaşa danışıqların aparılması məsələsi fundamental xarakter daşımır. O qeyd edib ki, danışıqların prinsipləri və məzmunu İrəvan üçün vacibdir.
"Sülh müqaviləsi ilə bağlı danışıqlarımız ihəm dolayı, həm də birbaşa hesab oluna bilər. Görüşlərin təşkilində müxtəlif tərəfdaşlar bizə kömək etdi, üçtərəfli görüşlər oldu. Amma istəsək, deyə bilərik ki, bu, birbaşa danışıqlar idi, çünki məsələlər ikitərəfli əsasda müzakirə edilib” , - Mirzoyan bildirib.
Beynəlxalq vasitəçilik məsələsinə gəlincə, nazir qeyd edib ki, Ermənistan buna önəm verir, çünki regionda sülhün bərqərar olması təkcə iki konkret ölkənin deyil, həm də regional və regiondankənar oyunçuların maraqlarına cavab verir.