Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məktəbin önündə bıçaqlanan şagird vəfat edib

© Sputnik / Ilham AhmadovŞəhid Təbriz Yaqubovun adını daşıyan orta məktəb
Şəhid Təbriz Yaqubovun adını daşıyan orta məktəb  - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
BAKI, 23 yanvar — Sputnik. Məktəbin önündə bıçaqlanan şagird vəfat edib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.
Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Baş vermiş hadisədən dərin təəssüf hissi keçiririk. Şagirdimizin vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk.
Xəbər lenti
0