DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask ABŞ prezidenti seçkilərində Baydenə səs verməyəcəyini bildirib

© Ryan Lash / TED Conferences, LLC / AFPİlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Maskın fikrincə, Co Bayden "cəhənnəm kimi darıxdırıcı" adamdır, Donald Tramp isə "fırıldaqçı"dır.
BAKI, 23 yanvar — Sputnik. Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.
Bu barədə o, X* sosial şəbəkəsindəki səhifəsində yazıb.
Beləliklə, o, "CNBC" telekanalına verdiyi müsahibəsini - 2020-ci il seçkilərində Baydenə səs verdiyi barədə söylədiklərini şərh edib.
"Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm" – sahibkar belə deyib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Daha əvvəl Mask ABŞ-ın hazırkı lideri Co Baydeni "cəhənnəm kimi darıxdırıcı" adlandırmışdı. O, həmçinin keçmiş Amerika lideri Donald Trampa "dərin nifrət etdiyini" və onu "fırıldaqçı" hesab etdiyini etiraf edib.
Xəbər lenti
0