https://sputnik.az/20240123/kecmis-mecburi-kockunlere-muavinetin-ne-vaxtdan-dayandirilacagi-aciqlanib-462135671.html
Keçmiş məcburi köçkünlərə müavinətin nə vaxtdan dayandırılacağı açıqlanıb
Keçmiş məcburi köçkünlərə müavinətin nə vaxtdan dayandırılacağı açıqlanıb
Sputnik Azərbaycan
Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı "Böyük Qayıdış" dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda... 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T14:03+0400
2024-01-23T14:03+0400
2024-01-23T15:24+0400
məcburi köçkün
cəmiyyət
müavinət
sosial müavinət
nazirlər kabineti
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_0:0:1920:1080_1920x0_80_0_0_6069bcb6f584ac92ddd4cae2ac96f140.jpg
BAKI, 23 yanvar — Sputnik. Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı "Böyük Qayıdış" dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb. Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir: "Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır". Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_240:0:1680:1080_1920x0_80_0_0_9954962c2a8a86a217eda2a5d1f5c773.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi köçkün, müavinət, sosial müavinət, nazirlər kabineti, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
məcburi köçkün, müavinət, sosial müavinət, nazirlər kabineti, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
Keçmiş məcburi köçkünlərə müavinətin nə vaxtdan dayandırılacağı açıqlanıb
14:03 23.01.2024 (Yenilənib: 15:24 23.01.2024) Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı "Böyük Qayıdış" dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.
BAKI, 23 yanvar — Sputnik. Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı "Böyük Qayıdış" dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.
Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:
"Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır".
Qeyd edək ki, müavinətin ödənişi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.