SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri birbaşa əlaqə saxlayır – Mirzoyan

© AP Photo / Bebeto MatthewsErmənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Mirzoyan əlavə edib ki, belə təmasların nəticəsi kimi 32 erməni əsirinin 2 azərbaycanlıya dəyişdirilməsini qeyd etmək olar.
BAKI, 23 yanvar — Sputnik. Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri birbaşa əlaqə saxlayır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Mirzoyan qeyd edib ki, təkcə Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə qurulmayıb, u əlaqələr iki ölkənin XİN-ləri arasında da davam etdirilir.
"Xarici işlər nazirlikləri arasında sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda əsaslı müzakirələr aparılır", - erməni nazir bildirib.
Onun sözlərinə görə, eyni zamanda, qeyri-rəsmi müzakirələr də digər kanallar vasitəsilə aparılır. Mirzoyan əlavə edib ki, belə təmasların nəticəsi kimi 32 erməni əsirinin 2 azərbaycanlıya dəyişdirilməsini qeyd etmək olar.
Xəbər lenti
0