CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb - VİDEO

© Photo : FHNTibb müəssisəsində rentgen kabineti
Tibb müəssisəsində rentgen kabineti - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Abunə olmaq
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
BAKI, 23 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən "ÖMÜR" klinikasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
© Photo : FHNTibb müəssisəsində rentgen kabineti
Tibb müəssisəsində rentgen kabineti - Sputnik Azərbaycan, 1920, 23.01.2024
Tibb müəssisəsində rentgen kabineti
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bir müddət öncə Fövqəladə Hallar Nazirliyinin (FHN) tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyəti ilə bağlı apardığı monitorinqlərə münasibət bildirib.
V.Qurbanov jurnalistlərə açıqlamasında həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlı olduqlarını deyib.
Onun sözlərinə görə, bu məsələlərlə bağlı FHN ilə daim danışıqlar aparılır: "Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrinin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq".
Xəbər lenti
0