https://sputnik.az/20240123/azerbaycanda-investisiya-muhitini-sadelesdirmek-evezine-cetinlesdirirler-462122544.html
Azərbaycanda investisiya mühitini sadələşdirmək əvəzinə çətinləşdirirlər
Azərbaycanda investisiya mühitini sadələşdirmək əvəzinə çətinləşdirirlər
Sputnik Azərbaycan
Deputatın fikrincə, qanunu sərtləşdirməkdə məqsəd xarici investorların daha sıx şəkildə qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaqdır. 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T09:31+0400
2024-01-23T09:31+0400
2024-01-23T09:31+0400
investisiya
iqtisadiyyat
türkiyə
sərmayə
natiq cəfərli
vüqar bayramov
https://cdnn1.img.sputnik.az/img/40803/43/408034304_0:0:1800:1014_1920x0_80_0_0_1a445c497f5d4a6e327728de9248ceb2.jpg
BAKI, 23 yanvar — Sputnik. Bu ilin yanvar ayının 15-dən etibarən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları sərtləşdirilib. Belə ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin Azərbaycanda müvəqqəti yaşama icazəsi əldə etməsi üçün təsis etdikləri şirkətin nizamnamə kapitalı 50 min manat olmalıdır. 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan hüquqi şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün isə son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Bəs görəsən, yeni tələblər ölkəmizə investisiya axınına necə təsir edəcək? Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən əcnəbi sahibkara hansı halda yaşama icazəsi verilir? Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən bildirdilər ki, Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni hal əlavə edilib. Belə ki, nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər. Qanuna edilmiş yeni dəyişikliklə həmçinin Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyən edilib. Dəyişikliklərdən öncə əcnəbi Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdisə, yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrinə əsasən azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbinin həmin hallar üzrə yenidən müvəqqəti yaşama icazə əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş həcmdə olmalıdır. Qeyd olunan hallarda müraciət zamanı bəyannamə üzrə dövriyyəyə dair vergi orqanından əldə edilmiş sənəd, tələb edilən digər sənədlərlə birgə təqdim edilməlidir. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya "Startap" şəhadətnaməsinə malik olan, Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Tələblərin sərtləşməsinin ilginc səbəbləri İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın bu qərarı siyasi amillərlə bağlı ola bilər. "Çox güman ki, Azərbaycan tərəfi Rusiya biznesinin böyük həcmdə Azərbaycana gəlməsini istəmir. İnvestisiya mühitinin sərtləşdirilməsi bununla əlaqəli ola bilər. Çünki, Rusiyadan Gürcüstan və Ermənistana çoxsaylı biznes axını oldu. Odur ki, bu sərtləşdirməni siyasi qərar kimi ehtimal etmək olar. Amma ümumilikdə belə sərt qaydalar təkcə Azərbaycanda yoxdur. Bəzi ölkələr var ki, orada da əcnəbi iş adamları üçün nizamnamə kapilatı və dövriyyə tələbləri qoyulur. Elə ölkələr var, ilkin investisiya tələbi çox yüksək qoyulur. Hətta bəzi ölkələr, əcnəbilərə ilkin investisiya tələbini yarım-bir milyon dollar məbləğində qoyub. Yalnız bu öhdəliyi qarşılayandan sonra həmin əcnəbi sahibkara müvəqqəti yaşama icazəsi verilir. Azərbaycanda da qanunvericiliyin sərtləşməsi digər ölkələrin təcrübələrindən bəhrələndiyini göstərir" - ekspert bildirib. İnvestisiya mühitini sadələşdirmək əvəzinə çətinləşdirirlər İqtisadçının fikrincə, Azərbaycanda qeyri-neft sektorunda investisiya mühiti o qədər də yaxşı deyil. Neft-qaz, enerji sektorunda investisiya mühiti yaxşı olsa da, qeyri-neft sektorunda elə yaxşı deyil: "Düşünürəm ki, qeyri-neft sektoruna invesitisa cəlb etməyin zəruri olduğu bir vaxtda Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişiklik məhdudlaşdırıcı təsir edə bilər. Ölkəmizdə isə qeyri-neft sektorunda investisiyaların daha çox cəlb edilməsi üçün investisiya mühiti daha sadələşdirilməli, cəlbedici olmaldır. Bütün ölkələr istəyir ki, xaricdən daha çox investor cəlb etsin". Azərbaycan son 20 ildə təminən 320 milyard dollarlıq investisiya cəlb edib Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, əcnəbi investorlar üçün yaşamaq icazəsi qaydalarının sərtləşdirilməsi daha çox investisiya cəlb etmək məqsədi daşıyır. Onun fikrincə, məqsəd qeyri-neft sektoruna investisiya qoyuluşlarını artırmaqdır. V.Bayramovun sözlərinə görə, Azərbaycan son 20 ildə təminən 320 milyard dollarlıq investisiya cəlb edib: "1990-cı illərdə investisiyaların əhəmiyyətli hissəsi enerji sektoruna yönəldilirdi. Amma sonrakı illərdə qeyri-neft sektoruna daha çox invesitisiya cəlb edilməsinə başlanıldı. Məqsəd də ondan ibarətdir ki, qeyri-neft sektoruna daha çox investisiyalar qoyulsun. Çünki, xarici investisiya bir tərəfdən vəsait cəlb edir, digər tərəfdən isə texnologiyanın transfer edilməsi anlamına gəlir. Ona görə də məqsəd xarici investorların daha sıx şəkildə qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaqdır. Bu qaydalarla yanaşı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Azərbaycanda "İnvestisiyalar haqqında" yeni qanunun qəbulu xarici investisiyaların cəlb edilməsi üçün təşviqedici tədbirlərin dairəsini genişləndirməkdən ibarətdir". Deputat əksini düşünür Deputat hesab edir ki, xarici investorlar üçün illik dövriyyənin 100 min manat olması, nizamnamə kapitalının 50 min manat müəyyən olması ciddi və sərt tələb deyil. "Bu, aylıq 10 min manatdan az dövriyyə deməkdir. Etiraf etmək lazımdır ki, bu investisiya yatıran şirkət üçün elə də böyük məbləğ deyil. Əgər hansısa əcnəbi sahibkar bu məbləğləri ödəmək iqtidarında deyilsə, deməli, onun sahibkarlıq fəaliyyətinin ciddi olması belə şübhə altındadır. Ona görə də, inanmıram ki, qanuna bu dəyişiklik əcnəbi investorlar üçün maneə olsun. Çünki, illik dövriyyə məbləği 100 min manatdan az olan hüquqi şəxslərin investisiya qoyuluşu imkanları da məhduddur. Müəyyən edilmiş rəqəmləri və reallıqları nəzərə alsaq, investisya imkanları baxımından bu, məqbul hesab olunmalıdır" - deputat bildirib. Məlumat üçün bildirək ki, müxtəlif ölkələrdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə öz ölkələrinin ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları fərqlidir. Rusiyada bunun üçün əcnəbi investordan tələb olunan - minimum hədd 15 milyon rubldur (290 min manat). Türkiyədə bu məbləğ 50 min lirədir (2800 манат). Gürcüstan isə öz ölkəsinə gələn əcnəbi iş adamlarından heç bir nizamnamə kapitalı tələb etmir. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577,8 milyon dollar təşkil edib. Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Britaniya və Türkiyədən yatırılıb. Hesabat dövründə Azərbaycana Britaniyadan 1 milyard 367 milyon dollar, Türkiyədən isə 872,9 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə müvafiq olaraq 8,2% və 16% çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40803/43/408034304_259:0:1726:1100_1920x0_80_0_0_7d02339d8633e7359a7d097f7eb83d56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
investisiya, türkiyə, sərmayə, natiq cəfərli, vüqar bayramov
investisiya, türkiyə, sərmayə, natiq cəfərli, vüqar bayramov
Azərbaycanda investisiya mühitini sadələşdirmək əvəzinə çətinləşdirirlər
Deputatın fikrincə, qanunu sərtləşdirməkdə məqsəd xarici investorların daha sıx şəkildə qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaqdır.
BAKI, 23 yanvar — Sputnik. Bu ilin yanvar ayının 15-dən etibarən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları sərtləşdirilib. Belə ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin Azərbaycanda müvəqqəti yaşama icazəsi əldə etməsi üçün təsis etdikləri şirkətin nizamnamə kapitalı 50 min manat olmalıdır.
1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan hüquqi şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün isə son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır.
Bəs görəsən, yeni tələblər ölkəmizə investisiya axınına necə təsir edəcək?
Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən əcnəbi sahibkara hansı halda yaşama icazəsi verilir?
Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən bildirdilər ki, Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni hal əlavə edilib.
Belə ki, nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər. Qanuna edilmiş yeni dəyişikliklə həmçinin Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyən edilib.
Dəyişikliklərdən öncə əcnəbi Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdisə, yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər.
Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrinə əsasən azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbinin həmin hallar üzrə yenidən müvəqqəti yaşama icazə əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş həcmdə olmalıdır. Qeyd olunan hallarda müraciət zamanı bəyannamə üzrə dövriyyəyə dair vergi orqanından əldə edilmiş sənəd, tələb edilən digər sənədlərlə birgə təqdim edilməlidir.
Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya "Startap" şəhadətnaməsinə malik olan, Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.
Tələblərin sərtləşməsinin ilginc səbəbləri
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın bu qərarı siyasi amillərlə bağlı ola bilər.
"Çox güman ki, Azərbaycan tərəfi Rusiya biznesinin böyük həcmdə Azərbaycana gəlməsini istəmir. İnvestisiya mühitinin sərtləşdirilməsi bununla əlaqəli ola bilər. Çünki, Rusiyadan Gürcüstan və Ermənistana çoxsaylı biznes axını oldu. Odur ki, bu sərtləşdirməni siyasi qərar kimi ehtimal etmək olar. Amma ümumilikdə belə sərt qaydalar təkcə Azərbaycanda yoxdur. Bəzi ölkələr var ki, orada da əcnəbi iş adamları üçün nizamnamə kapilatı və dövriyyə tələbləri qoyulur. Elə ölkələr var, ilkin investisiya tələbi çox yüksək qoyulur. Hətta bəzi ölkələr, əcnəbilərə ilkin investisiya tələbini yarım-bir milyon dollar məbləğində qoyub. Yalnız bu öhdəliyi qarşılayandan sonra həmin əcnəbi sahibkara müvəqqəti yaşama icazəsi verilir. Azərbaycanda da qanunvericiliyin sərtləşməsi digər ölkələrin təcrübələrindən bəhrələndiyini göstərir" - ekspert bildirib.
İnvestisiya mühitini sadələşdirmək əvəzinə çətinləşdirirlər
İqtisadçının fikrincə, Azərbaycanda qeyri-neft sektorunda investisiya mühiti o qədər də yaxşı deyil. Neft-qaz, enerji sektorunda investisiya mühiti yaxşı olsa da, qeyri-neft sektorunda elə yaxşı deyil:
"Düşünürəm ki, qeyri-neft sektoruna invesitisa cəlb etməyin zəruri olduğu bir vaxtda Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişiklik məhdudlaşdırıcı təsir edə bilər. Ölkəmizdə isə qeyri-neft sektorunda investisiyaların daha çox cəlb edilməsi üçün investisiya mühiti daha sadələşdirilməli, cəlbedici olmaldır. Bütün ölkələr istəyir ki, xaricdən daha çox investor cəlb etsin".
Azərbaycan son 20 ildə təminən 320 milyard dollarlıq investisiya cəlb edib
Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, əcnəbi investorlar üçün yaşamaq icazəsi qaydalarının sərtləşdirilməsi daha çox investisiya cəlb etmək məqsədi daşıyır. Onun fikrincə, məqsəd qeyri-neft sektoruna investisiya qoyuluşlarını artırmaqdır.
V.Bayramovun sözlərinə görə, Azərbaycan son 20 ildə təminən 320 milyard dollarlıq investisiya cəlb edib:
"1990-cı illərdə investisiyaların əhəmiyyətli hissəsi enerji sektoruna yönəldilirdi. Amma sonrakı illərdə qeyri-neft sektoruna daha çox invesitisiya cəlb edilməsinə başlanıldı. Məqsəd də ondan ibarətdir ki, qeyri-neft sektoruna daha çox investisiyalar qoyulsun. Çünki, xarici investisiya bir tərəfdən vəsait cəlb edir, digər tərəfdən isə texnologiyanın transfer edilməsi anlamına gəlir. Ona görə də məqsəd xarici investorların daha sıx şəkildə qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaqdır. Bu qaydalarla yanaşı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Azərbaycanda "İnvestisiyalar haqqında" yeni qanunun qəbulu xarici investisiyaların cəlb edilməsi üçün təşviqedici tədbirlərin dairəsini genişləndirməkdən ibarətdir".
Deputat hesab edir ki, xarici investorlar üçün illik dövriyyənin 100 min manat olması, nizamnamə kapitalının 50 min manat müəyyən olması ciddi və sərt tələb deyil.
"Bu, aylıq 10 min manatdan az dövriyyə deməkdir. Etiraf etmək lazımdır ki, bu investisiya yatıran şirkət üçün elə də böyük məbləğ deyil. Əgər hansısa əcnəbi sahibkar bu məbləğləri ödəmək iqtidarında deyilsə, deməli, onun sahibkarlıq fəaliyyətinin ciddi olması belə şübhə altındadır. Ona görə də, inanmıram ki, qanuna bu dəyişiklik əcnəbi investorlar üçün maneə olsun. Çünki, illik dövriyyə məbləği 100 min manatdan az olan hüquqi şəxslərin investisiya qoyuluşu imkanları da məhduddur. Müəyyən edilmiş rəqəmləri və reallıqları nəzərə alsaq, investisya imkanları baxımından bu, məqbul hesab olunmalıdır" - deputat bildirib.
Məlumat üçün bildirək ki, müxtəlif ölkələrdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə öz ölkələrinin ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları fərqlidir. Rusiyada bunun üçün əcnəbi investordan tələb olunan - minimum hədd 15 milyon rubldur (290 min manat). Türkiyədə bu məbləğ 50 min lirədir (2800 манат). Gürcüstan isə öz ölkəsinə gələn əcnəbi iş adamlarından heç bir nizamnamə kapitalı tələb etmir.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577,8 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Britaniya və Türkiyədən yatırılıb. Hesabat dövründə Azərbaycana Britaniyadan 1 milyard 367 milyon dollar, Türkiyədən isə 872,9 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə müvafiq olaraq 8,2% və 16% çoxdur.