CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada üzərində avtomat və narkotik gəzdirən şəxs həbs edilib

© AR Ministry of Internal AffairsSaxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar
Saxta pulların dövriyyəyə buraxılması, qanunusuz olaraq odlu silah və narkotik vasitələr saxlayan “Topuş” və “Paşa” ləqəbli şəxslər saxlanılıblar - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Həmin şəxsin üzərindən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.
BAKI, 22 yanvar — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində avtomat və narkotik gəzdirən Boris Asmolov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Həmin şəxsin üzərindən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.
Bundan başqa, həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.
18.09.23, 20:33
Salyan sakinində həm narkotik, həm də silah aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
07.09.23, 20:00
Sumqayıtda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb
Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Sumqayıt şəhər Narkoloji Dispanserdən bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 4 806 nəfərdir.
Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 3418 nəfər təşkil edir. Onlardan 93 nəfəri qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1397 nəfərdir. Onların 10-u zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.
Xəbər lenti
0