Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kür çayında köməksiz qalan şəxslər xilas ediliblər

© Photo : Ministry of Emergency SituationsKürdə köməksiz qalan şəxslər xilas edilib
Kürdə köməksiz qalan şəxslər xilas edilib - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
BAKI, 22 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.
Xəbər lenti
0