DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

HƏMAS hərəkatının lideri Moskvaya səfərinin məqsədini açıqlayıb

© AFP 2024 / ALEXANDER NEMENOVMoskvaya mənzərə, arxiv şəkli
Moskvaya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Mərzuk əlavə edib ki, HƏMAS Fələstin və Yaxın Şərqlə bağlı məsələlərdə Rusiyanın ABŞ-la qarşıdurmasını gözləyir.
BAKI, 22 yanvar — Sputnik. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının liderlərindən biri olan Musa Əbu Mərzuk Rusiya rəhbərliyi ilə İsraillə müharibədə gələcək addımları müzakirə etmək üçün Moskvaya növbəti səfərinə gəlib.
Bu barədə Rusiya mediası Mərzukun "Pravda.Ru"ya verdiyi müsahibəsinə istinadən xəbər verib.
Onun sözlərinə görə, ildə ən azı iki dəfə Rusiyaya səfər edir, ona görə də bu görüş qeyri-adi görüş deyil.
"Rusiyanın bütün Fələstin qüvvələri ilə əlaqəsi var, buna görə də biz FƏTH və digər Fələstin təşkilatları ilə atəşkəsi müzakirə etdik. Biz Rusiyanın beynəlxalq siyasətdə, xüsusən də ABŞ siyasəti ilə qarşıdurmada rolunun daha fəal olmasına çalışırıq. Biz HƏMAS-da olan və İsrail və Rusiya vətəndaşlığı olan hərbi əsirlərin azad edilməsi ilə bağlı danışırdıq. Ancaq onlar döyüşlər zamanı əsir götürülüblər, onlar əsgərlərdir. İndi onlardan yalnız 9-u qalıb" - HƏMAS hərəkatının lideri bildirib.
Mərzuk əlavə edib ki, HƏMAS Fələstin və Yaxın Şərqlə bağlı məsələlərdə Rusiyanın ABŞ-la qarşıdurmasını gözləyir.
Xəbər lenti
0