https://sputnik.az/20240122/britaniyali-deputat-azerbaycanin-sesverme-huququnun-mehdudlasdirilmasina-qarsi-cixib-462128595.html
Britaniyalı deputat Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb
Britaniyalı deputat Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb
Sputnik Azərbaycan
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T19:43+0400
2024-01-22T19:43+0400
2024-01-22T19:43+0400
siyasət
aşpa
britaniya
https://cdnn1.img.sputnik.az/img/40347/56/403475642_0:120:3216:1929_1920x0_80_0_0_c56dfc86f9e266be375b68a30e753d02.jpg
BAKI, 22 yanvar - Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb."Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq" - o, bildirib.Qeyd edək ki, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/56/403475642_243:0:2974:2048_1920x0_80_0_0_1ad326aa2850067351027701b39def03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşpa, britaniya
Britaniyalı deputat Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.
BAKI, 22 yanvar - Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.
"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq" - o, bildirib.
Qeyd edək ki, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.
Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.