DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrel Yaxın Şərqdə münaqişəni iki dövlət prinsipi əsasında həll etməyə çağırıb

© AP Photo / Pool /Kenzo TribouillardAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2024
Abunə olmaq
Diplomatın fikrincə, Fələstinin yaradılması İsrail üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.
BAKI, 22 yanvar — Sputnik. Avropa diplomatiyasının rəhbəri Cozef (Josep) Borrell Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib ki, o, Fələstin-İsrail münaqişəsi ilə bağlı sülh prosesi mövzusunu bir daha qaldırmayacaq, çünki o, münaqişənin həlli üçün yalnız bir yol görür.
Bu barədə "TASS" diplomata istinadən xəbər verir.
"Mən artıq sülh prosesi haqqında danışmayacağam, ancaq iki dövlət prinsipi əsasında qərar haqqında danışacağam. Və mən indi mox ciddiyəm" – Borrell söyləyib.
Josep Borrell dəfələrlə fələstinliləri dəstəkləyib və onlar üçün müstəqil dövlətin yaradılmasının tərəfdarı olub. Onun fikrincə, Fələstinin yaradılması İsrail üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.
Diplomat Yaxın Şərqdəki münaqişə ilə bağlı bir qədər "Fələstin tərəfdarı" olduğu üçün hətta İsrail Prezidenti İsaak Hersoqla görüşməkdən qorxduğunu da etiraf edib.
Xəbər lenti
0