https://sputnik.az/20240122/azerbaycanin-emekdar-artisti-vefat-edib-462113896.html
Azərbaycanın Əməkdar artisti vəfat edib
Azərbaycanın Əməkdar artisti vəfat edib
Sputnik Azərbaycan
2014-cü ildə o, teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T10:44+0400
2024-01-22T10:44+0400
2024-01-22T11:05+0400
əməkdar artist
mədəniyyət
lənkəran
https://cdnn1.img.sputnik.az/img/07e8/01/16/462113671_0:0:637:358_1920x0_80_0_0_3b2b2fed2f1ed965e28ea48f74bd69d5.jpg
BAKI, 22 yanvar — Sputnik. Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib. Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb. Teatrda S.M.Qənizadənin "Xor-xor" əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H.Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər"ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir"ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü"ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı"nda Çeda, N.Nərimanovun "Nadir şah"ında Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib. Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib. 2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib. Allah rəhmət eləsin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/16/462113671_46:0:579:400_1920x0_80_0_0_0cf8de2cc2236cfe49a9f5800f7d9fb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əməkdar artist, lənkəran
Azərbaycanın Əməkdar artisti vəfat edib
10:44 22.01.2024 (Yenilənib: 11:05 22.01.2024) 2014-cü ildə o, teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
BAKI, 22 yanvar — Sputnik. Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.
Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.
Teatrda S.M.Qənizadənin "Xor-xor" əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H.Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər"ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir"ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü"ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı"nda Çeda, N.Nərimanovun "Nadir şah"ında Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib.
Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.