https://sputnik.az/20240122/azerbaycanda-yol-neqliyyat-hadiseleri-artib---statstka-451898901.html
Yol-nəqliyyat hadisələrinin dəhşətli statistikası açıqlandı
Yol-nəqliyyat hadisələrinin dəhşətli statistikası açıqlandı
Sputnik Azərbaycan
Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39,7 faizini təşkil edir. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T12:25+0400
2024-01-22T12:25+0400
2024-01-22T11:55+0400
qəza
cəmiyyət
statistika
nəqliyyat vasitələri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565776_0:0:1280:720_1920x0_80_0_0_2f80a5de24c36f00dd427f79fc9e5c72.jpg
BAKI, 22 yanvar - Sputnik. 2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, onlardan 941-i, başqa sözlə 57,5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39,7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib. "Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir" - məlumatda qeyd olunub.18.02.23, 16:08Azərbaycanda yol-nəqliyyat hadisələri artıb - STATİSTİKA2022-ci ildə ölkədə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440565776_160:0:1120:720_1920x0_80_0_0_c2dab233f7a94f940d12e96a36bd7f1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, statistika, nəqliyyat vasitələri
qəza, statistika, nəqliyyat vasitələri
Yol-nəqliyyat hadisələrinin dəhşətli statistikası açıqlandı
Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39,7 faizini təşkil edir.
BAKI, 22 yanvar - Sputnik. 2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, onlardan 941-i, başqa sözlə 57,5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.
Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39,7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.
"Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir" - məlumatda qeyd olunub.
Azərbaycanda yol-nəqliyyat hadisələri artıb - STATİSTİKA
2022-ci ildə ölkədə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.