https://sputnik.az/20240122/ag-ev-yaxin-gelecekde-rusiyanin-ukraynadaki-mumkun-qelebesinden-narahatdir-462126081.html
Ağ Ev yaxın gələcəkdə Rusiyanın Ukraynadakı mümkün qələbəsindən narahatdır
Ağ Ev yaxın gələcəkdə Rusiyanın Ukraynadakı mümkün qələbəsindən narahatdır
Sputnik Azərbaycan
ABŞ-ın köməyi olmadan Ukrayna 2024-cü ilin yazına qədər Rusiya ordusunun hücumunu dayandırmaq imkanını itirəcək. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T21:48+0400
2024-01-22T21:48+0400
2024-01-22T21:48+0400
ağ ev
dünya xəbərləri
ukrayna
vaşinqton
co bayden
abş-ın vitse-prezidenti co bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418158_0:0:3071:1728_1920x0_80_0_0_f65af8ab9637d40160c0312eddb4ac09.jpg
BAKI, 22 yanvar — Sputnik. ABŞ Konqresində Ukraynaya yardımın ayrılması ilə bağlı fikir ayrılıqları səbəbindən Prezident Co Baydenin administrasiyası Rusiyanın "yaxın həftələrdə" Ukraynanı məğlub edə biləcəyindən narahat olduğunu bildirib. Bu barədə Rusiya mediası İspaniyanın "ABC" qəzetinə istinadən xəbər verir. "Kapitoli təpəsində Ukraynaya yardımın bloklanması ilə üzləşən Joe Bayden administrasiyası Rusiyanın bir neçə həftə və ya bir neçə aylar ərzində münaqişədə qalib gələ biləcəyi qənaətinə gəlib" - məqalənin müəllifi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın sözlərini sitat gətirir. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns də oxşar fikri bildirib. Qeyd olunur ki, belə bir nəticə Ukrayna Silahlı Qüvvələrinin (USQ) silah-sursatının demək olar ki, tükəndiyi və məcburi təslim ərəfəsində olduğu kəşfiyyat məlumatları əsasında əldə edilib. Bu yaxınlarda Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Kançan da bildirib ki, ABŞ-ın köməyi olmadan Ukrayna 2024-cü ilin yazına qədər Rusiya ordusunun hücumunu dayandırmaq imkanını itirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443418158_193:0:2924:2048_1920x0_80_0_0_e9266d32c2509e0629519bbfdbbf1e24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağ ev, ukrayna, vaşinqton, co bayden, abş-ın vitse-prezidenti co bayden
ağ ev, ukrayna, vaşinqton, co bayden, abş-ın vitse-prezidenti co bayden
Ağ Ev yaxın gələcəkdə Rusiyanın Ukraynadakı mümkün qələbəsindən narahatdır
ABŞ-ın köməyi olmadan Ukrayna 2024-cü ilin yazına qədər Rusiya ordusunun hücumunu dayandırmaq imkanını itirəcək.
BAKI, 22 yanvar — Sputnik. ABŞ Konqresində Ukraynaya yardımın ayrılması ilə bağlı fikir ayrılıqları səbəbindən Prezident Co Baydenin administrasiyası Rusiyanın "yaxın həftələrdə" Ukraynanı məğlub edə biləcəyindən narahat olduğunu bildirib.
Bu barədə Rusiya mediası İspaniyanın "ABC" qəzetinə istinadən xəbər verir.
"Kapitoli təpəsində Ukraynaya yardımın bloklanması ilə üzləşən Joe Bayden administrasiyası Rusiyanın bir neçə həftə və ya bir neçə aylar ərzində münaqişədə qalib gələ biləcəyi qənaətinə gəlib" - məqalənin müəllifi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın sözlərini sitat gətirir.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns də oxşar fikri bildirib. Qeyd olunur ki, belə bir nəticə Ukrayna Silahlı Qüvvələrinin (USQ) silah-sursatının demək olar ki, tükəndiyi və məcburi təslim ərəfəsində olduğu kəşfiyyat məlumatları əsasında əldə edilib.
Bu yaxınlarda Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Kançan da bildirib ki, ABŞ-ın köməyi olmadan Ukrayna 2024-cü ilin yazına qədər Rusiya ordusunun hücumunu dayandırmaq imkanını itirəcək.