https://sputnik.az/20240122/a-yaxin-serqdeki-munaqisenin-nizamlanmasi-ucun-plan-hazirlayib-462100359.html
Aİ-nin XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər
Aİ-nin XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər
Sputnik Azərbaycan
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək. 22.01.2024, Sputnik Azərbaycan
2024-01-22T10:23+0400
2024-01-22T10:23+0400
2024-01-22T10:42+0400
dünya xəbərləri
ai
ai
plan
yaxın şərq
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_0:279:3037:1987_1920x0_80_0_0_240a482d773cc1a77f3e51c3cf034a11.jpg
BAKI, 22 yanvar - Sputnik. Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq. Bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək. Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.20.01.24, 19:48Aİ Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün plan hazırlayıbAvropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.Aİ ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_58:0:2787:2047_1920x0_80_0_0_1ee7e6a49bfb515f9973415cda693ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, ai, plan, yaxın şərq, yaxın şərq
ai, ai, plan, yaxın şərq, yaxın şərq
Aİ-nin XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər
10:23 22.01.2024 (Yenilənib: 10:42 22.01.2024) Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
BAKI, 22 yanvar - Sputnik. Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.
Aİ Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün plan hazırlayıb
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.
Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.
“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.
10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.
Aİ ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.