https://sputnik.az/20240121/zelimxan-yaqubun-dogum-gunudur-462111868.html
Zəlimxan Yaqubun doğum günüdür
Zəlimxan Yaqubun doğum günüdür
Sputnik Azərbaycan
Xalq şairinin anadan olmasının 74-cü ildönümü tamam olur. 21.01.2024, Sputnik Azərbaycan
2024-01-21T19:57+0400
2024-01-21T19:57+0400
2024-01-21T19:57+0400
mədəniyyət
xalq şairi
zəlimxan yaqub
doğum günü
https://cdnn1.img.sputnik.az/img/07e8/01/15/462111384_0:124:567:443_1920x0_80_0_0_0e4e26c46e09b5537fafd752e51acb76.jpg
BAKI, 21 yanvar - Sputnik. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrəti ilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı...”.Azərtac xəbər verir ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 74-cü ildönümü tamam olur.Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/15/462111384_0:71:567:496_1920x0_80_0_0_2865e51d0af4c8b033b8fad19bd2315c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq şairi, zəlimxan yaqub, doğum günü
xalq şairi, zəlimxan yaqub, doğum günü
Zəlimxan Yaqubun doğum günüdür
Xalq şairinin anadan olmasının 74-cü ildönümü tamam olur.
BAKI, 21 yanvar - Sputnik. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrəti ilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı...”.
Azərtac xəbər verir ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 74-cü ildönümü tamam olur.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.