SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir - XİN

© AR Ministry of DefenceMina axtarışı, arxiv
Mina axtarışı, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
XİN Qarabağda ermənilər tərəfindən basdırlımış minaların xəritələri ilə bağlı çağırış edib.
BAKI, 21 may - Sputnik. "Ermənistanın ayrıseçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”. Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qedy edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb:

“Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın”.

Yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0